II Məhəmməd (Xarəzm hökmdarı)
From Wikipedia, the free encyclopedia
Ələddin Məhəmməd Xarəzmşah — Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur. Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur.
Əla əd-dünya və ad-din Əbül-Fəth Məhəmməd Səncər ibn Təkiş | |
---|---|
علاءالدین محمد خوارزمشاه | |
| |
1200 – 1221 | |
Əvvəlki | Əlaəddin Təkiş Xarəzmşah |
Sonrakı | Cəlaləddin Mənguberdi Xarəzmşah |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Abaskun adası[1] |
Vəfat səbəbi | plevrit |
Fəaliyyəti | hərbi lider[d], qubernator |
Atası | Təkiş Xarəzmşah |
Anası | Terkən xatun |
Həyat yoldaşı | Ayçiçək xatun |
Uşaqları | Cəlaləddin Mənguberdi, Rüknəddin Gursancdı, Azlaq, Ağşah, Xan sultan |
Ailəsi | Anuştəkinlilər sülaləsi |
Dini | sünni islam, islam |
Vikianbarda əlaqəli mediafayllar |