II Berenqer de Palou
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
II Berenqer de Palou (kat. Berenguer de Palou II; XII əsr – 1241[1], Barselona) — 1212–1241-ci illərdə Barselona yepiskopu. Araqonlu I Xamesin əsas dəstəkçisi olmuşdur.
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
II Berenqer de Palou | |
---|---|
kat. Berenguer de Palou II | |
| |
Barselona yepiskopu | |
Vəzifədədir | |
1212-1241-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XII əsr |
Vəfat tarixi | |
Vəfat yeri | Barselona |
Fəaliyyəti | katolik keşişi[d], diplomat, hərbi qulluqçu, siyasətçi |
Dini | Roma-Katolik kilsəsi |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerasına dayısı I Berenqer de Palounun yepiskopluğu dövründə Barselona kafedralında kanon kimi başlamışdır. Qısa müddətdən sonra 1212-ci ildə yepiskop seçilmişdir. O, Araqonlu II Pedro ilə əlmohadlara qarşı Las Navas de Tolosa döyüşündə iştirak etmişdir.[2] Palou daha sonra kral məsləhətçisi və Kataloniya-Araqon koronasının kansleri kimi xidmət vermişdir.[2]
1219-cu ildə Misirdə Dumyata qarşı beşinci səlib yürüşündə iştirak etmişdir.[2]
O, kasıblar üçün müxtəlif qurumlar təsis etmişdir. 1218-ci ildə Mersedarian ordenin təsis edilməsini dəstəkləmişdir.
1219-cu ildə Barselonanın Dominikan və Fransiskan ordenləri ilə tanış olmasını dəstəkləmişdir.
1225-ci ildə I Xameslə birlikdə Peniskola (Valensiya əyaləti) olan uğursuz hücumda iştirak etmişdir.[2]
I Xames və Palou Malyorkanı işğal etmək qərarına gəlmişdirlər və Palou 99 cəngavər və 1000 ayaq əsgər vermişdir. Mükafat kimi ona 875 rıtsarlıq torpağı və 8 yel dəyirmanı bağışlanılmışdır. Əslində isə bunlar baron Andratxın mülkləri idi.[2] Malyorka müsəlmanlarına qarşı hərbi əməliyyatlar zamanı o yaralanmış və bu adanın müsəlmanlarına qarşı sonuncu kampaniya müddətində ayağı şikəst qalmışdır.[2]
1233-cü ildə Tarraqonanın baş yepiskopu seçilmiş, amma papa IX Qriqori bunu təsdiq etməmişdir və Palou bu yeri tuta bilməmişdir.[2]
1237-ci ildə Barselonada Santa Klara monastırının qurulmasına kömək etmişdir.
1238-ci ildə Valensiya və Deniya tayfalarına edilən hücumlarda iştirak etmişdir. Nəticədə, müxtəlif mülklər əldə etmişdir.
1241-ci ildə ölmüşdür və hazırda Barselona kafedralında türbəsi yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.