III Yabalaxa
From Wikipedia, the free encyclopedia
III Yabalaxa, III Yahballaha, erkən illərində Rabban Markos və ya V Yahballaha[2] (d. 1245-ö. 13 noyabr 1317) — Şərq Kilsəsinin 1281-ci ildən etibarən 1317-ci ilə qədər patriarxı. Şərq Kilsəsinin patriarxı kimi o, Hülakü hökmdarı Qazan xan və onun xələfi Olcaytunun hakimiyyəti dövrlərindəki təqiblər zamanı fəaliyyət göstərmişdir. O, Papanın üstünlüyünü qəbul etmiş və kilsə birliyi qurmağa çalışmışdır. Onun bu birlik üçün fəaliyyəti Şərq Kilsəsinin Nestorian yepiskopları tərəfindən rədd edilmişdir.[3]
III Yabalaxa | |
---|---|
Rabban Markos | |
| |
Şərq Kilsəsinin Patriarxı | |
21 noyabr 1281 – 13 noyabr 1317 | |
Əvvəlki | I Denha |
Sonrakı | II Timoti |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1244[1] |
Vəfat tarixi | 13 noyabr 1317 |
Vəfat yeri | |
Fəaliyyəti | keşiş |
Koşanqin yerlisi olan III Yahballaha Monqol imperiyası tərəfindən idarə olunan Çindən gəlmiş və dərvişvari həyat yaşayan Rabban Bar Sauma ilə Qüdsü ziyarət etməyə çalışmış, lakin həmin dövrdə monqollarla Məmlük dövləti arasında müharibə olduğuna görə onlar bu istəklərinə çata bilməmişdirlər. Şərq Kilsəsinin patriarxı I Denha onları geri çağırmış və Markosu Kataylar və Onqların yepiskopu kimi təqdis etmişdir. Həmçinin ona Mar Yahballaha adı da verilmişdir. Hər bir halda, onların hər ikisi Mosulda yerləşən monastrılarda qalmağı seçmişdir.
Yahballahanın Şərq Kilsəsinin yeni patriarxı kimi seçilməsi Hülakü hökmdarı Abaqa xan tərəfindən siyasi səbəblərə görə qəbul edilmiş və o, 1281-ci ildə III Yahballaha adı ilə bu vəzifədə təqdis edilmişdir. 1281-ci ildə Abaqa xanın İslamı qəbul etmiş qardaşı Təkudar xan taxta çıxdı. Monqolların köhnə buddist qrupları və Nestorian xristianları ona qarşı çıxdılar. Buna görə də, yeni xan onlara qarşı təqiblərə başladı və Şərq Kilsəsi də bu qrupları dəstəklədiyi üçün təqibə məruz qaldı. Həbs edilən Yahballahanın həyatını isə yeni xanın xistian olan anası Qutuy Xatun xilas elədi. 1284-cü ildə Abaqa xanın oğlu Arqun yeni xan oldu və həm Yahballahanı, həm də Bar Saumanı böyük hörmətlə qarşıladı. Arqun Suriya və Misirdəki müsəlmanlara qarşı Avropadakı xristianlarla ittifaqın qurulmasının gərəkdiyini düşünürdü. O, bunu reallaşdırmaq üçün Yahballahanın da tövsiyəsi ilə Bar Saumanı Şərqi Asiyanın tarixdə Avropaya göndərilmiş ilk elçiliyinin rəhbəri təyin etdi və yola saldı. Əkkanın 1291-ci ildə müsəlmanların əlinə keçməsindən sonra Hülakü dövlətində İslama meyillənmə sürətləndi. Lakin Şərq Kilsəsi ilə dövlət arasındakı münasibətlər Arqunun varisi Keyxatu dövründə də yaxşı olaraq qalmağa davam etdi. Lakin Arqun bir digər oğlu Qazan xan taxta çıxdıqdan sonra müsəlmanlar üstünlük qazandılar. Qazan xan xristianların təqibinə başladı və Yahballaha yenidən həbs edildi. Lakin onun fisyəsi II Hetum tərəfindən ödənildi.
1289-cu ildə Yahballaha Dominikan Ordeninin keşişi olan Rikkaldo da Monte di Krokeyə nestorianlar arasında təbliğa aparmağa icazə verdi və onların heteredoks olması fikrindən əl çəkdi. O, Romadakı Katolik Kilsəsi ilə ittifaqa girməyin gərəkdiyini düşünürdü və bunun üçün danışıqlara başlayayaraq 1302-ci ildə Papa VIII Bonifaseyə, 1304-cü ildə isə Papa XI Benediktə məktublar yazdı. Sonuncu məktubda o, Katolik məzhəbinə keçdiyini bildirir və Papanın bütün xristianlıq üzərində ali hakimiyyətini tanıdığını elan edirdi. Lakin bu birlik Nestorian yepiskopları tərəfindən rədd edildi. 1304-cü ildə Qazan xanı Hülakü taxtında Olcaytu xan əvəz etdi və Yahballahanın uğursuzluqla nəticələnəcək xristianlara qarşı təqiblər yenidən başladıldı. O, 1317-ci ildə Marağada vəfat etmişdir.