Hərbi Akademiya insidenti
Yaponiyada baş vermiş hərbi çevriliş cəhdi From Wikipedia, the free encyclopedia
Yaponiyada baş vermiş hərbi çevriliş cəhdi From Wikipedia, the free encyclopedia
Hərbi Akademiya insidenti (士官学校事件, Şikan Qakko ciken?) və ya Noyabr insidenti (十一月事件, Cuiçiqatsu ciken?) – 1934-cü ilin noyabrında Yaponiyada baş vermiş hərbi çevriliş cəhdi.[1]
1934-cü ilin noyabrında İmperiya yolu fraksiyasına (Kodoha) mənsub olan bir sıra zabitlər və Hərbi Akademiyadakı bir sıra kursantlar hərbi çevrilişə cəhd etməyi planlaşdırdıqları səbəbilə həbs olunmuşdur. Yaponiya Ordu Nazirliyi belə bir planın mövcudluğundan xəbər tutmuş, kapitan Koci Muranaka və leytenant Asaiçi İsobeni həbs etmişdir. Dəlillərin azlığı səbəbilə onlar təqsirkar hesab olunmamış, lakin altı ay müddətinə uzaqlaşdırılmışdırlar. Kursantlar isə akademiyadan xaric edilmişdirlər.[2]
Hərbi Akademiya insidenti Kodoha ilə Toseyha (Kontrol fraksiyası) arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmuşdur. Kodoha bu hadisənin Toseyha tərəfindən hərbi təhsil üzrə inspektor olan Cinzaburo Mazakini gözdən salmaq məqsədilə uydurulduğunu iddia etmişdir. Belə ki, Mazaki Kodohaya qarşı açıq simpatiyası ilə tanınırdı.[2]
İnsident Mazakinin vəzifədən uzaqlaşdırılması, davamçısı olan Tetsuzan Naqatanın bir Kodoha zabiti tərəfindən öldürülməsi ilə nəticələnmişdir. 1936-cı ildə baş vermiş 26 Fevral insidentində Muranaka və İsobe də iştirak etmişdirlər.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.