Həmidiyyə qətliamları
From Wikipedia, the free encyclopedia
Həmidiyyə qırğınları (erm. Համիդյան ջարդեր; Romanizasiyası: Hamidyan çarter[3]) və bəzi qeyri-türk mənbələrindəki adı ilə 1894-1896-cı illər erməni qırğınları və Böyük Qırğınlar[4] 1890-cı illərin ortalarında Osmanlı imperiyası hökumətinin ölkədə yaşayan ermənilərə qarşı törətdiyi iddia edilən qırğınlardır. Qırğınlar nəticəsində ölənlərin sayının 100.000[5] ilə 300.000[6] arasında olduğu göstərilir və dövrün qəzetlərində verilmiş olan xəbərlərə görə, 50.000 uşağın yetim qaldığı bildirilir[7]. “The New York Times”ın 1895-ci il sentyabr tarixli məqaləsində bu qırğın Erməni Holokostu kimi qeyd edilmişdir.[4] Digər tərəfdən isə, o dövrün Osmanlı mənbələri bunun əksinə olaraq bu qədər erməninin öldürülmədiyini, müsəlmanları kütləvi şəkildə qətlə yetirən erməni quldur dəstələrinə qarşı əməliyyat keçirildiyini və bu dəstələrin və üsyanların yatırıldığını iddia edir.[8][9]
Həmidiyyə qətliamları | |
---|---|
| |
Ümumi məlumatlar | |
Yeri | Osmanlı imperiyası |
Hücumun hədəfi | Osmanlı erməniləri və süryanilər |
Tarix |
|
Hücum metodu | qətliam və talan |
Törədən(lər) | II Əbdülhəmid rejimi, Osmanlı ordusu və kürd silahlıları |
Vikianbarda əlaqəli mediafayllar |