From Wikipedia, the free encyclopedia
Holzi (əsl adı: Eşli Nikolett Francipani; 29 sentyabr 1994[2], Edison, Nyu-Cersi, ABŞ[3][4])[11] — ABŞ müğənnisi və mahnı yazarı.[12] O, özünəməxsus ifası ilə tanınır və karyerası boyunca çoxlu nailiyyətlər əldə etmişdir.[13] O, "Billboard Musiqi" və "Amerika Musiqi" mükafatları daxil olmaqla bir çox mükafatlara layiq görülmüş, həmçinin üç dəfə "Qremmi" mükafatına namizəd göstərilmişdir.[14] Holzi 2020-ci ildə Time jurnalının tərtib etdiyi dünyanın ən nüfuzlu insanları siyahısında yer almışdır.[15]
Holzi | |
---|---|
ing. Halsey | |
Ümumi məlumatlar | |
Doğum adı | Ashley Nicolette Frangipane |
Ləqəbi | Halsey[1] |
Doğum tarixi | 29 sentyabr 1994[2] (29 yaş) |
Doğum yeri | |
Uşağı | 1[5] |
Partnyorları | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], səsləndirmə aktrisası[d], bəstəkar, söz yazıçısı[d], gitaraçı |
Fəaliyyət illəri | 2012-ci ildən |
Janrlar | pop musiqisi, elektropop[d], sinti-pop, art pop, alternativ pop[d], alternativ rok, alternativ R&B[d], indi-pop, müasir R&B[d] |
Albom şirkətləri | Capitol Records[d], Columbia Records[10] |
iamhalsey.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Holzi Nyu-Cersidə doğulub boya-başa çatmışdır. O, sosial media platformalarında öz ifalarını paylaşaraq tanınma qazanmışdır. Holzi 2014-cü ildə Astralwerks musiqi şirkəti ilə müqavilə bağlamış və həmin ilin oktyabrında "Room 93" adlı ilk mini-albomunu buraxmışdır. O, mini-albomun uğurundan sonra 2015-ci ildə "Badlands" adlı debüt studiya albomunu yayımlamışdır. Bu albom Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomun ən çox bəyənilən trekləri "Colors", "Gasoline" və "New Americana" olmuşdur.
Holzi The Chainsmokers qrupu ilə birlikdə 2016-cı ildə buraxdığı "Closer" mahnısı ilə böyük uğur əldə etmişdir. Mahnı bir çox hit-paradlara başçılıq etmişdir. O, 2017-ci ildə "Hopeless Fountain Kingdom" adlı ikinci albomunu təqdim etmişdir. Albom Bilboard 200 hit-paradında birinci yerə yüksəlmiş və ölkənin bir nömrəli albomu olmuşdur.
Holzinin 2020-ci ildə buraxdığı üçüncü studiya albomu "Manic" onun bütün dünyada ən çox satılan albomu olmaqla görünməmiş uğur qazandı. Albomdan buraxılan ilk sinql "Without Me" ən çox bəyənilən trek oldu. Bu mahnı Billboard Hot 100 hit-pardında ən yüksək mövqeyi tutdu və RIAA tərəfindən almaz sertifikatla mükafatlandırıldı. Holzinin dördüncü albomu "If I Can't Have Love, I Want Power" 27 avqust 2021-ci ildə işıq üzü gördü.
Eşli Nikolett Francipani 29 sentyabr 1994-cü ildə Nyu-Cersi ştatının Edison şəhərində anadan olub.[16] Onun anası hamilə olanda kollecdən ayrılmaq qərarına gəlmişdir.[17] Holzinin anası təcili tibbi yardım işçisi, atası isə avtomobil satıcısı olmuşdur.[18][19][20] Onun anası italyan və macar əsilli, atası isə az miqdarda irland əcdadı olan afroamerikalıdır. Onun özündən kiçik Sevian və Dante adlı qardaşı var. O, ilk olaraq skripka, viola və violonçel çalmış, lakin 14 yaşı tamam olanda gitaraya keçməyə qərar vermişdir.[21] Holzi Alanis Morissett, Castin Biber və Brand New dinləyərək böyümüşdür.[22][23] O, uşaq ikən valideynlərinin işi səbəbindən tez-tez müxtəlif şəhərlərə köçməli olub. Holzi yeniyetmə ikən altı fərqli məktəbdə oxumalı olmuşdur.[24] O, Katolik inancı ilə böyüdülüb.[25]
Holzi məktəbdə qısnamaya məruz qalıb.[26][27] O, gənc yaşlarında intihara cəhd edib. Bu cəhd onun xəstəxanaya yerləşdirilməsinə və orada üç həftə qalmasına səbəb olub. Holzi bipolyar pozuntuya sahib olduğunu öyrənəndən sonra narkotik istifadə etməyə başlayıb.[28][29] Onun anası da bipolyar pozuntuya sahibdir. Holzi 17 yaşında olarkən Bruklindəki Holzi stansiyasının yaxınlığında yaşayan 24 yaşlı adama aşiq olub. O, səhnə adı olan Holzini bu münasibətə görə seçib.[30]
Holzi biseksualdır.[31]
Özü
Birlikdə
Açılış aktı
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.