Hokkaydo Koloniyalaşdırma Komissiyası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Hokkaydo Koloniyalaşdırma Komissiyası və ya Kaytakuşi (開拓使?) – Meyci dövründə Yaponiyada fəaliyyət göstərmiş dövlət komissiyası.[1] 1869-82-ci illərdə fəaliyyət göstərmişdir.[1] Komissiyanın əsas məqsədi Hokkaydo adasının administrasiyası və inkişafı ilə məşğul olmaq idi.[1]
Ezo adasının, eləcə də, şimaldakı digər adaların strateji əhəmiyyətini nəzərə alan Meyci hökuməti 1869-cu ilin avqustunda bu komissiyanı təşkil etmiş, Ezo adasının adını Hokkaydo, Saxalin adasının adını Karafuto olaraq dəyişdirmişdir.[1] 1875-ci ildə Rusiya ilə imzalanan Sankt-Peterburq müqaviləsinə əsasən Saxalin adası Rusiyanın idarəçiliyinə, Kuril adaları isə Hokkaydo Koloniyalaşdırma Komissiyasının idarəçiliyinə verilmişdir.[1]
Komissiyanın baş qərargahı Sapporo şəhərində yerləşirdi və direktor ilə vitse-direktor tərəfindən idarə olunurdu.[1] Keçmiş Satsuma hanından olan Kuroda Kiyotakanın direktor seçilməsindən sonra komissiya keçmiş satsumalı samuraylar üçün siyasi təşkilata çevrilmişdir.[1]
1872-ci ildə komissiya üçün dövlət büdcəsindən 10 milyon yen məbləğində maddi vəsait ayrılmışdır.[1] Bu məbləğ 10 il müddəti üçün nəzərdə tutulmuşdu.[1] Komissiya bu büdcə ilə bir çox xarici mütəxəssis dəvət etmiş, hökumət dəstəkli biznes yerləri açmış, yeni kənd təsərrüfatı texnikalarını yaymış, yollar və dəmiryolları tikdirmişdir.[1] Komissiyanın dəstəyi ilə Sapporo Kənd Təsərrüfatı Kolleci qurumuşdur.[1] Bu kollec gələcəkdə Hokkaydo Universitetinə çevrilmişdir.[1]
Komissiya Hokkaydoya miqrasiyanı təbliğ etmiş, Yaponiyanın şimal-şərqində yaşayan keçmiş samurayların Hokkaydoya köçməsinə şərait yaratmışdır.[1] Məhbuslar Hokkaydoya gətirilərək icbari əməkdə işlədirilirdilər.[1]
Komissiyanın fəaliyyəti əsasən Sapporo və ətrafında cəmləşdiyi, eləcə də, bu fəaliyyətlər təcrübə mərhələsini keçə bilmədiyi üçün komissiya öz məqsədinə tam şəkildə çata bilməmişdir.[1] Hokkaydoda yaşayan aynuların balıqçılıq və ovçuluq məşğuliyyətlərindən, torpaqlarından mərhum edilmiş, həyatları məhdudlaşdırılmışdır.[1] Aynu torpaqlarının çoxu dövlət mülkü elan olunmuşdur.[1]
1881-ci ildə komissiyaya məxsus torpaqların biznesmenlər konsorsumuna satılması təklifi böyük skandala səbəb olmuşdur.[1] Bu skandal hökumətdə 1881-ci il böhranına səbəb olmuş və 1882-ci ildə komissiyanın fəaliyyətini dayandırması ilə nəticələnmişdir.[1] 1882-ci ildə Hokkaydo adasında 3 prefektura – Hakodate, Sapporo və Nemuro prefekturaları təşkil olunmuşdur.[1] Lakin 1886-cı ildə bu prefekturalar birləşdirilərək vahid Hokkaydo prefekturası yaradılmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.