Hiroşima qəsri
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Hiroşima qəsri (広島城, Hiroşima-co?) – Yaponiyanın Hiroşima şəhərində yerləşən qəsr. Karp qəsri (鯉城, Rico?) kimi də tanınır. Hiroşima daymyosunun iqamətgahı olmuşdur. 1590-cı illərdə tikilsə də, 6 avqust 1945-ci ildə Hiroşimaya atılan atom bombası nəticəsində məhv olmuşdur. 1958-ci ildə qəsr yenidən tikilmişdir və hazırda Hiroşimanın müharibədən əvvəlki dövrünə həsr olunmuş muzey kimi fəaliyyət göstərir.
Hiroşima qəsri | |
---|---|
広島城 | |
34°24′09″ şm. e. 132°27′32″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Hiroşima |
Sifarişçi | Mori Terumoto |
Tikilmə tarixi | 1592 |
Material | daş[d], armaturlanmış beton, ağac |
Vəziyyəti | muzey |
Rəsmi sayt | rijo-castle.jp |
Vikianbarda əlaqəli mediafayllar |
Toyotomi Hideyoşinin xidmətçilərindən olan Mori Terumoto Hiroşima qəsrini 1592–99-cu illərdə tikdirmişdir.[1] Qəsr Otaqava çayının deltasında yerləşirdi. Həmin dövrdə Hiroşima şəhəri yox idi və ərazi "beş kənd" mənasına gələn Qokamura adı ilə tanınırdı. 1591-ci ildə Mori Terumoto Yoşida-Koriyama qəsrindən Hiroşima qəsrinə köçmüş və müasir Şimane, Yamaquçi, Tottori, Okayama və Hiroşima prefekturalarının ərazilərini əhatə edən 9 əyaləti buradan idarə etmişdir.
Hiroşima qəsri tikilən zaman Qokamura adı Hiroşima ilə əvəz olunmuşdur. "Hiro" adı Mori ailəsinin əcdadı Oe no Hiromotodan, "Şima" adı isə Mori Terumotoya qəsr üçün yer tapmaqdan kömək etmiş Fukuşima Motonaqadan gəlir. Bəzi müəlliflər isə hesab edirlər ki, qəsrin yaxınlığındakı bir neçə böyük adaya görə "geniş ada" mənasına gələn "Hiroşima" adı seçilmişdir.
1600-cü ildə baş vermiş Sekiqahara döyüşündən sonra Mori qəsri tərk edərək Haqiyə çəkilmişdir. Fukuşima Masanori Aki və Binqo əyalətlərinin, eləcə də, Hiroşima qəsrinin hakimi olmuşdur. Tokuqava dövründə qəsrləri icazəsiz bərpa etmək qadağan olunduğu üçün 1619-cu ildə Fukuşima Kavanakacimaya göndərilmiş və Asano Naqaakira qəsrin hakimi olmuşdur.
1619-cu ildən Meyci islahatına (1869) qədər Hiroşima qəsri Asano ailəsi tərəfindən idarə edilmişdir. Meyci islahatından sonra qəsr hərbi hissə kimi fəaliyyət göstərmiş, Birinci Çin-yapon müharibəsində qərargah kimi istifadə olunmuşdur. İkinci dünya müharibəsi zamanı da Hiroşima qəsri hərbi qərargah kimi fəaliyyət göstərmişdir. 6 avqust 1945-ci ildə Hiroşimaya atılan atom bombası qəsri məhv etmişdir.[2] 1958-ci ildə qəsr yenidən tikilmişdir.
Hiraciro tipində olan orijinal qəsr taxtadan tikilmişdi və əsasən şam ağacından istifadə olunmuşdur. 1931-ci ildə Milli xəzinə statusu almışdır. Yenidən tikilmiş qəsr ancaq əsas qüllədən (tenşu) ibarətdir və tikintisində betondan istifadə olunmuşdur. Beşmərtəbəli olan qəsr daş bünövrəsindən 26,6 metr yüksəklikdədir.
Qəsrin həyətində atom bombasının partlayışından salamat qalmış 3 ağac var.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.