Hirbə Döyüşü – madaylar və farslar arasında baş vermiş döyüş. Bu döyüş həm də Fars qiyamından sonra iki tərəf arasında baş verən ilk döyüşdür. Döyüş II Kirin yürüşü ilə başlamış və fars ordusunun şərqə doğru irəliləməsi ilə davam etmişdir. Döyüşdə qazanılan qələbə ilk fars dövləti olan Əhəmənilər imperiyasının yaradılmasının təməlini qoydu və qarşıdakı on ildə II Kirin bütün məlum dünyanı fəth etməsi üçün imkan yaratdı. Döyüş haqqında ən çox və ətraflı məlumat verən tarixçi Dəməşqli Nikolay olsa da, digər tarixçilər, Herodot, Ktesi və Strabon da bu döyüşdən bəhs etmişlər.[5][6][7][8]
Cəld faktlar Tarix, Yeri ...
Bağla
Döyüş madaylara o qədər pis təsir edir ki, Astiaq şəxsən orduya rəhbərlik etməyə başlayır. Tələsik edilmiş yürüş Astiaqın məğlubiyyəti ilə nəticələndi. Dönüşdə maday ordusu yenidən farslara qarşı həmlə etməyə çalışdısa da bu cəhdin də qarşısı II Kir tərəfindən alındı. Bu hadisədən sonra qürurlu madaylar farslara məğlub olmaları ilə barışmaları oldular, iki xalq arasında yaradılan qohumluq əlaqələri də bunda öz təsirini göstərdi. Tezliklə Madanın möhtəşəm paytaxt şəhəri olan Ekbatan farsların əlinə keçdi və yaradılmış fars imperiyasının çoxsaylı mərkəzlərindən birinə çevrildi.