From Wikipedia, the free encyclopedia
Hindenburq qəzası (ing. Hindenburg disaster) — 6 may 1937-ci ildə ABŞ-nin Nyu-Cersi ştatının Mançester bölgəsində baş verən hava gəmisi qazası. Alman sərnişin hava gəmisi olan LZ 129 Hindenburq Leykharst Dəniz Hava Stansiyasında elektrik dirəyinə dəyib yandı və məhv oldu. Qəza nəticəsində gəmidəki 97 nəfərdən (36 sərnişin və 61 komanda üzvü) 35-i (13 sərnişin və 22 komanda üzvü) və yerdəki bir nəfər öldü.[1]
Hindenburq 1936-cı ildə Amerika Birləşmiş Ştatlarında 10 səfər etmişdi.[2][3] 1937-ci il səfərlərini mart ayında Braziliyanın Rio-de-Janeyro şəhərinə gediş-dönüş səyahəti ilə başladıqdan sonra Hindenburq mart ayının sonunda Almaniyanın Frankfurt şəhərinə doğru yola çıxdı və may ayının 3-ü axşam saatlarında cari il üçün planlaşdırılan Avropa-ABŞ səyahətlərinin 10-undan birincisini tamamlamaq üçün geriyə — ABŞ-yə doğru yola çıxdı.[4]
Əsən külək 3 gün sonraya — Hindenburqun eniş gününə qədər elə də, ciddi deyildi. Qəza vaxtı gəminin yarısının dolmasına baxmayaraq, (70 boş yerdən 36 sərnişin və 21-i kursant olmaqla 61 nəfər komanda üzvü) Hindenburq dönüş uçuşu üçün tam rezervasiya edilmişdi. Almaniya bileti alan sərnişinlərin çoxu gələn həftə keçiriləcək kral VI Corc və kraliça Elizabetin tacqoyma mərasimində iştirak etməyi planlaşdırmışdı.
May ayının 6-sı səhər Bostonun üstündən keçən hava gəmisi qrafikə görə gecikmişdi və onun Leykharsta enişinin günortadan sonra baş verən tufana görə daha da təxirə salınacağı gözlənilirdi. Leykharstdakı pis hava şəraitindən xəbərdar olan kapitan Maks Prass istiqaməti Manhettenə dəyişdi və beləcə, insanların hava gəmisini görmək üçün küçəyə çıxmaları ictimai tamaşa yaratdı. Saat 16:00-da şəhərin üstündən keçdikdən sonra kapitan Prass havanın aydınlanmasını gözləyərkən sərnişinləri Nyu-Cersi ştatının dəniz sahillərində gəzintiyə çıxardı. Nəhayət, saat 18:22-də tufanın bitdiyi barədə xəbər gəldikdən sonra Prass enişi təxmini yarım gün gecikdirmək üçün gəmini Leykharsta qaytardı. Gəminin Avropaya planlaşdırılan səyahətinə yola düşməsi üçün burada az qalacağına görə, əvvəlcədən ictimaiyyət bu müddət ərzində Hindenburqu görə bilməyəcəkləri barədə məlumatlandırıldı.
Saat 19:00 radələrində Hindenburq 200 metr (650 fut) yüksəklikdə Leykharst Dəniz Hava Stansiyasına yaxınlaşdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.