From Wikipedia, the free encyclopedia
Herbert Braun(ing. Herbert Charles Brown; 22 may 1912[1][2][…], London[3][4][…] – 19 dekabr 2004[5][1][…], West Lafayette[d], İndiana) —amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979).
Herbert Braun | |
---|---|
ing. Herbert Charles Brown | |
Doğum adı | Herbert Charles Brown |
Doğum tarixi | 22 may 1912[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 dekabr 2004[5][1][…] (92 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Elm sahəsi | üzvi kimya |
İş yerləri |
|
Təhsili | |
Tanınmış yetirmələri | Eyiti Negisi, Akir Suzuki |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur.
Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir. Bu reaksiyanın stereospesifik hidrogenləşmə üçün istifadə yolunu göstərmişdir. Etilen əlaqəsi üzrə birləşmə reaksiyasını tədqiq edərək müəyyən etmişdir ki, onlarda tetraedrik əlaqəli atomlar iştirak etdikdə keçid kompleksləri δ-elektronlar hesabına yaranır.
Herbert Braun 1953-cü ildə Luisə görə reagentin turşuluğundan asılı olaraq aromatik birləşmələrdə hidrogenin selektiv əvəzolunma qaydasını təklif etmişdir (Braunun selektivlik qaydası).
Braun 1979-cu ildə alman alimi Georq Vittiq ilə birlikdə "Mürəkkəb bor və fosfora malik üzvi birləşmələrin yeni sintez üsullarını işləyib hazırladığına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.