From Wikipedia, the free encyclopedia
Hepatit B virusunun əmələ gətidiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər.
Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxmaqda və bugünkü ədədlərlə dünya əhalisinin 2/5-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1–2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir.
Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır:
Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.
Hepatit B infeksiyasının inkubasiyon dövrü alınan virus miqdarına və insanın immun sisteminin müqavimətindən asılı olaraq 45–180 gün (orta rəqəm 60–90 gün) arasında dəyişər.
Virusla yoluxmuş şəxslərin təxminən 50–65% -də heç bir xəstəlik əlaməti inkişaf etmir yalnız infeksiyası keçir. Virusla yoluxmuş olanların təxminən 30–50%-də əzginlik, yorğunluq, yüngül temperatur, ürək bulanması, qarın ağrısı, oynaq və əzələ ağrıları kimi şikayətlər olur.
Uşaqların 10%-indən azında, yeniyetmələrin 30–50% -də sarılıq görülə bilər. Virusla yoluxanların 1% -dən daha azında infeksiya kəskin qaraciyər çatışmazlığı ilə irəliləyici və şiddətli bir gediş göstərə bilər. Kəskin infeksiyanın təxminən 1–6 həftəlik kliniki seyri vardır. Bu sırada xəstələrdə dəyişən dərəcələrdə qaraciyər fermentləri və qan hüceyrələrinin dağıtma məhsulunda yüksəlmə müşahidə olunur.
Kəskin infeksiya uşaqlarda yeniyetmələrə görə daha yüngül və klinika vermədən yayılar. Ancaq körpələrin immun sistemi səbəbiylə infeksiya yetişkinlərə görə daha çox nisbətdə xronikiləşməyə meyllidir. Yenidoğulmuşların 5–10%-ındə, 1–5 yaş qrupundakı uşaqların 70%-inde, yaşlıların isə 90–95%-inde virus 6 ay içində bədəndən təmizlənər və immunitet inkişaf edər. Kəskin infeksiya yetkin yaşda olanların yalnız 5–10%-inda xronikiləşirkən, yenidoğulmuşların 90–95%-inde, uşaq və yeniyetmələin 30%-inda xronikiləşər və pasiyent virus gəzdirən olar. Bu xəstələrin xroniki qaraciyər xəstəlikləri cəhətdən ekspert həkimlər tərəfindən izlənilməsi lazım- dır. Xroniki qaraciyər xəstəlikləri inkişaf etdiyində µ-interferon müalicəsi istifadə edilə bilər, ancaq müvəffəqiyyəti məhduddur.
Hepatit B-yə qarşı vaksinasiya aparılmadıqda, perinatal dövrdə hepatit B virusunun hepatit B-yə yoluxmuş anadan yenidoğulmuşa ötürülməsi riski 5–90% təşkil edir. Bu risk həm də ananın qanında virusun aktiv bölünmə və yayılma statusundan (HBeAg ilə təyin edilir) asılıdır. Belə ki, qandan aparılmış laborator analizdə HBeAg pozitiv olan analardan hepatit B infeksiyasının yenidoğulmuşa keçməsi riski 70–90%-dırsa, HBeAg-neqativ olan analardan virusun yenidoğulmuşa ötürülməsi riski 10%-dən azdır. Hepatit B infeksiyasına yoluxmuş analardan doğulmuş uşaqların həm hepatit B vaksini, həm də hepatit B immunqlobulini ilə immunprofilaktikasının aparılması hepatit B virusun həmin yenidoğulmuşlara ötürülməsi riskini 70–90%-dən 5–15%-dək azaltmaq mümknüdür. Qeyd olunmalıdır ki, yenidoğulmuşlara həm hepatit B-yə qarşı vaksin, həm də hepatit B immunqlobulini verilməlidir.[2]
Kəskin infeksiyadan sonra 6 ay içində virusa qarşı immunitet inkişaf etdirməyən, virusu və ya virus zülallarını qanlarında daşıyan kəslərə virus daşıyıcı deyilir. Əvvəlcə, bu kəslər virusun sağlam fərdlərə yoluxmasında mənbədirlər. Ayrıca bu kəslərdə xroniki aktiv hepatit, sirroz və qaraciyər xərçəngi kimi xroniki qaraciyər xəstəliklərinin inkişaf riski yüksəkdir. Xroniki Hepatit B ilə qaraciyər xərçəngi (primer hepatosellular karsinoma) inkişafı arasında möhkəm bir əlaqə vardır. Xroniki virus daşıyıcılarında primer hepatosellular karsinoma inkişaf riski daşıyıcı olmayanlara görə 200 dəfə çoxdur. Xroniki Hepatit B daşıyıcıları ilə virusun yoluxma yollarından biri ilə təmas edənlərə yalnız peyvənd etmək kafi qoruyuculuğu təmin edər.
İnfeksiyadan qorunmanın ən əmin və etibarlı yolu hepatit B peyvəndi etdirməkdir. Hepatit B peyvəndi gen texnologiyası ilə maya ya da məməlilərin hüceyrələrində yetişdirildikdən sonra son dərəcə etibarlıdır və bu cür infeksiyaların yoluxmasına səbəb olmaz. Hepatit B peyvəndinin (vaksininin) xərçəng əmələ gətirməsi söz-söhbəti səhvdir. Tam tərsinə peyvənd ilə Hepatit B infeksiyasından qorunulmazsa, Hepatit B yoluxması ilə belə bir riskə girmək söz mövzusudur. Hepatit B peyvəndi virusla qarşılaşmadan əvvəl ya da qarşılaşdıqdan sonra istifadə edilə bilər. Hər iki vəziyyətdə də qoruyucudur[3].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.