From Wikipedia, the free encyclopedia
Vilyam Henri Conson (ing. William Henry Johnson; 15 iyul 1892[2][3] – 1 iyul 1929[4], Vaşinqton[4]) və ya sadəcə Henri Conson — Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. O, ilk afroamerikalı birliyində döyüşə girmişdir.[6] 14 may 1918-ci ildə Arqonn meşəsində növbətçi olaraq, əlbəyaxa döyüşdə bir Almaniya basqını ilə mübarizə aparmış, bir çox alman əsgərini öldürmüş və bir əsgər yoldaşını xilas etmişdir. Bu qarşıdurmada özü 21 yara almışdır. Həmin ilin sonunda "New York World" və "The Saturday Evening Post" qəzetlərində yayımlanan xəbərlərlə ictimaiyyətin diqqətini cəlb etmişdir. 2 iyun 2015-ci ildə Ağ Evdə keçirilən mərasimdə Conson ölümündən sonra prezident Barak Obama tərəfindən "Şərəf" medalı ilə təltif edilmişdir.[7]
Henri Conson | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | William Henry Johnson[1] |
Doğum tarixi | 15 iyul 1892[2][3] |
Vəfat tarixi | 1 iyul 1929[4] (37 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1918-ci ildə Fransa Consonu ulduz və bürünc palma ilə "Hərbi xaç" ilə mükafatlandırmışdır. O, Birinci Dünya müharibəsində bu şərəfə layiq görülən ilk ABŞ əsgəri idi.[6][8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.