From Wikipedia, the free encyclopedia
Henley Pasport İndeksi (ing. Henley Passport Index)[1] — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət.[2][3] 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir.[4][5]
1 aprel 2020-ci ildəki hesablamaya görə 191 ölkəyə vizasız və ya vizanı girişdə almaqla daxil olmaq olan Yapon pasportu hazırda ən güclü pasport hesab olunur. İkinci yerdə isə 190 ölkəyə rahat daxil ola bilən Sinqapur pasportu qərarlaşıb. Aşağıdakı siyahıda pasportları ilk 10-luğa daxil olan 27 ölkə göstərilib.[6]
Sıra (2020) | Dövlət | Vizasız istiqamətlər |
---|---|---|
1 | Yaponiya | 191 |
2 | Sinqapur | 190 |
3 | Almaniya Cənubi Koreya | 189 |
4 | Finlandiya İtaliya Lüksemburq İspaniya | 188 |
5 | Avstriya Danimarka | 187 |
6 | Fransa İrlandiya Niderland Portuqaliya İsveç | 186 |
7 | Belçika İsveçrə Norveç Birləşmiş Krallıq ABŞ | 185 |
8 | Çexiya Yunanıstan Malta Yeni Zelandiya | 184 |
9 | Avstraliya Kanada | 183 |
10 | Macarıstan | 182 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.