Helsinki aktı – NATO və VMT From Wikipedia, the free encyclopedia
Helsinki aktı — 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi oldu. Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını imzaladılar. 1960-cı illərin sonu 70-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasında münasibətlərin yaxşılaşması, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaranması beynəlxalq aləmdə "soyuq müharibə"dən gərginliyin zəiflədilməsinə doğru dönüş yaratmış oldu.
1970-ci ildə SSRİ-AFR, AFR-Polşa arasında müqavilələrin imzanlanması, 1971-ci ildə SSRİ, ABŞ, İngiltərə və Fransa arasında Qərbi Berlinə dair dördtərəfli sazişin bağlanması, 1972-ci ildə AFR və ADR arasında münasibətlərin normallaşması haqqında müqavilənin bağlanması gərginliyin zəiflədilməsinə güclü təkan verdi. Bu da Ümümavropa müşavirəsinin hazırlanması və çağırılmasına şərait yaratdı.
1969-cu ildə Vyanada təhlükəsizlik və əməkdaşlıq uğrunda Ümumavropa qeyri-hökumət konfransı keçirildi. Konfransda Avropanın 26 ölkəsinin və 23 beynəlxalq ictimai təşkilatı təmsil edən 300 nümayəndə iştirak edirdi. Onlar Ümumavropa təhlükəsizlik sisteminin yaradılması üçün Helsinkidə müşavirənin çağırılmasını müdadifə etdilər.
1972-ci ildə NATO ölkələri Ümumavopra müşavirəsini hazırlamaq üçün məslətələşmələrdə iştirak etməyi qərara aldılar. Çoxtərəfli məsləhətləşmələrdən sonra 1973-cü ildə "Mavi kitab" adı almış yekun tövsiyələri razılaşdırıldı. Bu yekun tövsiyələr müşavirənin təşkili, gündəliyi, iştirakçıların tərkibi, yeri və vaxtı, maliyyələşdirilmə qaydalarını tənzimləyirdi. Müşavirənin gündəliyinə dörd məsələ salınmışdır:
1973-cü il iyulun 3-də Helsinkidə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə aparılan müşavirənin birinci mərhələsi başladı. İyulun 7-nə qədər davam edən bu mərhələdə 35 dövlətin nümayəndələri iştirak edirdi.
Ümumavropa müşavirəsinin ikinci mərhələsi 1973–1975-ci illərdə Cenevrədə oldu. Burada əsas müzakirə obyektlərindən biri sərhədlərin toxunulmazlığı məsələsi oldu.
1975-ci il iyulun 19-da müşavirənin üçüncü mərhələsinin Helsinkidə keçirilməsi qərara alındı. 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları onun yekun aktını imzaladılar. Bu yekun akta görə müşavirə iştirakçıları 10 əsas prinsipi rəhbər tutmalı idilər:
Azərbaycan Respublikası bu Aktı 1992-ci ildə imzalamışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.