Havay Universiteti
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Havay Universiteti — ABŞ-ın Havay ştatında dövlət kollec və universitet sistemi. Sistem Havay ştatında altı adada paylanmış 3 Universitet, 7 İcma kolleci, 1 Məşğulluq Təlim mərkəzi, 3 Universitet mərkəzi, 4 Təhsil mərkəzi və müxtəlif Tədqiqat mərləzlərini əhatə edir. Universitet bakalavr, magistr, doktorantura və aspirantura dərəcələri verir.
Havay Universiteti | |
---|---|
21°18′00″ şm. e. 157°49′12″ q. u.HGYO | |
Əsası qoyulub | 1907 |
Tələbə sayı | 48.373[1] |
Ölkə | |
Sayt | hawaii.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Havay Universitetinin institutları, mərkəzləri, kollecləri və məktəbləri Qərb məktəbləri və Kolleclər Assosiasiyası[3] tərəfindən akkreditə olunub, həmçinin Sakit Okean Universitetləri Assosiasiyasının üzvləridir.
Universitet "R1: Doktorantura Universitetləri — Çox yüksək tədqiqat fəaliyyəti" kateqoriyasına aiddir.[4]
Universitet sisteminin əsas inzibati binaları Manoadakı Havay Universitetinin ərazisində yerləşir.[5][6][7]
Havay Universiteti 1907-ci ildə Havay ərazisində Kənd təsərrüfatı və Mexaniki sənətlər üzrə Qrant Kolleci kimi yaradılmış və 1907-ci ildə ilk dərslərini keçirmişdir. 1912-ci ildə Manoa vilayyətinin indiki yerinə köçdü və Havay Kolleci adlandırıldı.
1919-cu ildə kollec Havay Ərazi Qanunverici orqanı tərəfindən universitet statusu aldı və Havay Universiteti adı verildi.
Müasir Havay Universiteti sistemi 1965-ci ildə yaradıldı və Havay ştatının universitet və kolleclərini bir sistem altında birləşdirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.