Harri Potter və Azkaban Məhbusu (film)
From Wikipedia, the free encyclopedia
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — 2004-cü ildə Alfonso Kuaronun rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından üçüncü film olan "Azkaban Məhbusu"nun ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Kristofer Kolumbus (ilk iki filmin rejissoru), Devid Heyman və Mark Redkliff etmişdir. Filmdə Harri Potterin Hoqvartsda üçüncü tədris ili, təhlükəli cinayətkar Sirius Blekin Azkabandan qaçmasından sonra baş verən hadisələr təsvir olunur. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Devid Tülis, Maykl Qembon (Albus Dambldor rolunda debütü), Emma Tomson və Timoti Spoll kimi ulduz aktyorlar da rol almışlar. "Harri Potter və Sirlər Otağı" filminin sikveli olan filmdəki hadisələr "Harri Potter və Alov Kuboku" filmində davam etdirilir.
Harri Potter-3 və Azkaban Məhbusu | |
---|---|
ing. Harry Potter and the Prisoner of Azkaban | |
![]() | |
Janr | fentezi |
Əsas mövzu | Zamanda səyahət, magiya |
Rejissor | Alfonso Kuaron |
Prodüserlər |
Kristofer Kolumbus Devid Heyman Mark Redkliff |
Əsərin müəllifləri | Coan Roulinqin "Harri Potter və Azkaban Məhbusu" romanı əsasında. |
Ssenari müəllifi | Stiven Klovz |
Baş rollarda |
Deniel Redkliff Rupert Qrint Emma Uotson |
Operator | Maykl Seresin |
Bəstəkar | Con Vilyams |
İstehsalçılar | Heyday Films, Warner Bros. |
Distribütor | Warner Bros. |
İlk baxış tarixi |
23 may 2005 (Nyu-York premyerası) 30 may 2005 (London premyerası) 31 may 2005 (Birləşmiş Krallıq) 4 iyun 2004 (ABŞ) |
Müddət | 142 dəq. |
Büdcə | $130 milyon |
Gəlir | $796.7 milyon[1] |
Ölkələr |
![]() ![]() |
Dil | İngilis |
İl | 2005 |
Əvvəlki film | Harri Potter və Sirlər Otağı |
Sonrakı film | Harri Potter və Alov Kuboku |
Rəng | rəngli |
IMDb | ID0304141 |
![]() |
Film, 31 may 2004-cü ildə Birləşmiş Krallıqda, 4 iyun 2004-cü ildə isə Şimali Amerikada çıxarılmışdır. "Azkaban Məhbusu" Harri Potter filmlər seriyasından IMAX texnologiyası ilə çəkilmiş və IMAX kinoteatrlarında çıxarılmış ilk filmdir. Bu film həm də VHS formatında çıxarılmış son Harri Potter filmidir. 2005-ci ildə 77-ci Oskar mükafatlarının təqdim edilməsi mərasimində film iki nominasiyada – Ən Yaxşı Orijinal Film Musiqisi və Ən Yaxşı Vizual Effektlər – mükafata namizəd göstərilmişdir.
"Azkaban Məhbusu" bütün dünyadan $796.6 milyon gəlir əldə etmiş və bu nəticə ilə filmlər seriyasının ən az gəlirli filmi olmuşdur. Bununla belə, "Azkaban Məhbusu", seriyanın ən yaxşı rəylər almış filmidir. Həm tənqidçilər, həm də fanatlar tərəfindən film əsasən françayzın ən yaxşı filmi kimi qəbul edilir.