From Wikipedia, the free encyclopedia
Harmatan (ing. Harmattan) — Böyük səhradan Qvineya və Yaşıl burun adaları tərəfə əsən (noyabr-mart) çox quru və tozlu şimal-şərq passatının,[1] həmçinin müvafiq mövsümün yerli adı.
Bu mövsüm qışdan fərqli olaraq soyuq, quru[2] və tozlu külək, həmçinin gecə və gündüz ətraf mühitin temperaturunda geniş dalğalanmalar ilə xarakterizə olunur. Bəzən günortadan sonra temperatur 30 °C (86 °F)-a qədər yüksələ bilsə də, bütün gün boyunca 9 °C (48 °F)-ə qədər aşağı da düşə bilər. Sahara kimi bəzi bölgələrdə bu mövsüm isti keçə bilər. [3]
Harmattan bölgəyə əsdiyi zaman havanın rütubətliliyi azalır.[4] Harmattan özü ilə səhra üçün səciyyəvi olan hava şəraiti gətirir: rütubəti azaldır, bulud örtüyünü dağıtır, yağıntının yaranmasının qarşısını alır və bəzən qum fırtınaları nəticələnə bilən böyük toz buludları yaradır. Külək həmçinin yanğın riskini artıra[5] və məhsula ciddi ziyan vura bilər.[6] Harmattanın musson küləkləri ilə qarşılıqlı təsiri tornadolara səbəb ola bilər.[7]
Qərbi Afrikanın bəzi ölkələrində havada tozun ağır miqdarı görmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdıra və bir neçə gün günəş işığının qarşısını güclü dumanla müqayisə ediləcək qədər bağlaya bilər.[8] Bu təsir "Harmattan dumanı" kimi tanınır. Hər il ləğv edilən və yönü dəyişdirilən uçuşlar aviaşirkətlərə milyonlarla dollara başa gəlir.[9][10]
Rütubətin 15%-dən aşağı düşməsi bəzi insanlarda burun qanaxmalarına səbəb ola bilər.[11] Küləyin insan sağlamlığına digər təsirlərinə dərinin quruması, qurumuş və ya çatlamış dodaqlar, gözlər və tənəffüs sistemi, o cümlədən astmanın ağırlaşmasını daxil etmək olar.[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.