![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/51/Hans_Christian_Gram_portrait_by_Hansen_%2526_Weller.jpg/640px-Hans_Christian_Gram_portrait_by_Hansen_%2526_Weller.jpg&w=640&q=50)
Hans Kristian Qram
From Wikipedia, the free encyclopedia
Hans Kristian Qram (dan. Hans Christian Gram) (13 sentyabr 1853[1][2][…], Kopenhagen[3] – 14 noyabr 1938[1][2][…], Kopenhagen) — Dan bakterioloq. Hüquq Professoru olan Frederik Terkel Qram və Luis Kristian Roulun övladı olmuşdur.
Hans Kristian Qram | |
---|---|
![]() | |
Doğum tarixi | 13 sentyabr 1853(1853-09-13)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 14 noyabr 1938(1938-11-14)[1][2][…] (85 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | bakterioloq, universitet müəllimi[d], farmakoloq, botanik |
Elmi dərəcəsi |
|
![]() |
Kopenhagen Universitetində botanika oxudu və sonra zooloq Yapetus Steenstrupun assistenti kimi işləməyə başladı. Bitkiylə bağlı işləri onu farmakologiya əsasları və mikroskopun istifadəsini öyrənməsinə gətirib çıxardı.
1878-ci ildə tibb məktəbində təhsil almağa başladı və 1883-cü ildə məzun oldu. Eyni zamanda təhsili boyunca Avropanı gəzdi. 1884-ci ildə Berlində, iki böyük bakteriya sinfinin ayırd edilməsi üçün bir üsul inkişaf etdirdi. Metod Qram boyama adını aldı və biokimya və mikrobiologiya standart prosedur oldu.
1891-ci ildə Qram farmakologiya dərsləri verməyə başladı və ilin sonunda Kopenhagen Universitetində farmakologiya professoru təyin olundu. 1900-cü ildə farmakologiya professoru vəzifəsindən istefa edib, tibbi daha dərin araşdırmaq fikrinə düşdü və araşdırmalar apardı.