![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/16/Kapitulation-reims.gif/640px-Kapitulation-reims.gif&w=640&q=50)
Hans Georq fon Frideburq
Alman dəniz zabiti, general-admiral / From Wikipedia, the free encyclopedia
Hans Georq fon Frideburq (alm. Hans-Georg von Friedeburg; 15 iyul 1895[1][2] və ya 17 may 1895[3], Strasburq[3] – 23 may 1945[1], Flensburq) — Alman dəniz zabiti, general-admiral (30 yanvar 1945), Faşist Almaniyasının sualtı qayıqları komandanının müavini və Kriqsmarinenin sondan əvvəlki baş komandanı. O, 4 may 1945-ci ildə Lüneburq-Heatda, 7 mayda Reymsdə və 8 may 1945-ci ildə Berlində Almaniyanın təslim olma sənədlərinin imzalanmasında iştirak edən silahlı qüvvələrin yeganə nümayəndəsi idi. Fon Frideburq qısa müddət sonra Flensburq hökumətinin dağılmasından sonra intihar etdi.
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Hans Georq fon Frideburq | |
---|---|
alm. Hans-Georg von Friedeburg | |
![]() 7 may 1945-ci ildə Reymsdə kapituliyasiya sənədinin imzalanması mərasimi (Soldan sağa: mayor Vilhelm Oxsenius (general-polkovnik Alfred Yodlun adyutantı), Vermaxtın Əməliyyat Qərargahının rəisi general-polkovnik Alfred Yodl (Vermaxt adından təslim olmaq haqqında sənədi imzalayan), Kriqsmarinenin baş komandanı general-admiral Hans Georq fon Frideburq, general-mayor Kennet W.D.Strong (ayaq üstə)) | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1895(1895-07-15)[1][2] və ya 17 may 1895(1895-05-17)[3] |
Doğum yeri | |
Vəfat tarixi | 23 may 1945(1945-05-23)[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | sianiddən zəhərlənmə[d] |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Üçüncü Reyx |
Qoşun növü | Almaniya İmperatorluq Donanması, Kriqsmarine[3] |
Xidmət illəri | 1914-cü ildən |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() |
![]() |
Bağla