Hamun gölü
From Wikipedia, the free encyclopedia
Hamun gölü və ya Hamun vahəsi — Əfqanıstan-İran sərhədindəki Sistan bölgəsində yerləşən Sistan qapalı hövzəsindəki göl və bataqlı ərazi. İranda Sistan gölü olaraq da tanınır. Ölçüsünə görə İranın ən böyük 3-cü gölü olan Hamun gölü həm də İranın şirinsulu ən böyük gölüdür.[1]
Hamun gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 500 m |
Yerləşməsi | |
30°45′55″ şm. e. 61°38′14″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Hamun yazda yaxınlıqdakı dağlarda qar əriməsinin nəticəsində İranın cənub-şərqindəki səhralarda və Əfqanıstan ilə Pakistanın ona bitişik ərazilərində adətən mövsümi xarakter daşıyan dayaz göllərə aid ümumi termindir.
Hamun çoxlu mövsümi su qolları ilə qidalanır; əsas qolu Əfqanıstandakı Hindukuş dağlarından başlayan çoxillik Helmand çayıdır. Müasir dövrdə və kənd təsərrüfatının suvarılması üçün bəndlərin mövcudluğundan əvvəl yaz daşqınları daha böyük gölləri meydana gətirərdi.[2]