From Wikipedia, the free encyclopedia
Hamidi (1407, İsfahan – 1485, İstanbul) — azərbaycanlı şair, XV əsr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri.
Hamidi | |
---|---|
Doğum tarixi | 1407 |
Doğum yeri |
|
Vəfat tarixi | 1485 |
Vəfat yeri | |
Milliyyəti | türk |
Fəaliyyəti | şair, tarix, yazıçı, tarixçi |
Əsərlərinin dili | Azərbaycan dili, ərəb dili, Osmanlı dili, fars dili |
Janrlar | qəzəl, qəsidə, qitə, şeir, divan |
Hamidi Vikimənbədə |
Hamidi türk,fars və ərəbcə müxtəlif janrda şeirlər yazan şair həm də tarixçi idi. "Təvarixi-ali-Osman" adlı elmi əsərin müəllifidir. Geniş oxucu kütləsini nəzərə alaraq "Cami-süxənquy" əsərini yazmışdır.[1]Onun ən böyük xidməti anadilli şeirin inkişafına yardımçı olmasıdır. Onun şeirlərində artıq Füzuli ənənələri yoxdur. 1407-ci ildə İsfahanda anadan olmuş, ilk təhsilini burada alaraq şair kimi yetişmişdir. 20 yaşından etibarən ömrünün 30 ilini səyahətlərdə keçirmişdir. Bu haqda özünün "Həsbi-halnamə" əsərində məlumat vermişdir.[1]Hamidi Azərbaycanda mükəmməl mədrəsə təhsili aldıqdan sonra Fateh dövründə, 1455–1456-cı illərdə Osmanlıya getmişdir. Fars və türk dilində yazdığı şeirləri ilə sarayın diqqətini cəlb etmişdir. 20 il Fateh Sultan Mehmetin sarayında yaşayan şair bu barədə "Vəsf-halnamə" əsərində məlumat vermişdir. 1476–1477-ci (hicri təqvimi ilə 881-ci) ildə hökmdarın qəzəbinə səbəb olan Hamidi Bursaya, I Murad türbəsinə şeyx vəzifəsinə göndərilir. Daha sonra saraya dönən şair Sultan Bəyazidin hakimiyyətinin ilk illərinədək yaşayır. 1485–1486-cı ildə İstanbulda vəfat etmişdir.
Günümüzədək gəlib çatan ədəbi irsi öz əli ilə yazılmış avtoqraf divanından ibarətdir. 1949-cu ildə İsmayıl Hikmət Ərtaylan şairin divanını geniş bir müqəddimə ilə çap etdirmişdir. Divanda türkcə və farsca yazdığı qəsidələr, qəzəllər, rübailər, müəmmalar, maddeyi-tarixlər, "həsbi-halnamə" məsnəvisi və digər əsərləri toplanmışdır. Qəsidələrində Fateh Sultan Məhəmmədi, oğlu Sultan Bəyazidi, vəzirləri, sərkərdələrivə bir sıra şəxsləri mədh etmişdir. Öz əsərlərində klassik Şərq şairlərinin əsərlərindən faydalanmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.