Halis döyüşü və ya Tutulma döyüşü – 28 may, E.ə. 585-ci ildə Halis çayı (Hazırda Türkiyə ərazisində yerləşən Qızılirmaq çayı) sahilində Midiya və Lidiya qoşunları arasında baş vermiş döyüş. II Aliatt və Kiaksar arasında beş il davam edən sərt müharibənin son qarşılaşması olan bu döyüş, günəş tutulması üzündən yarımçıq dayandırılmışdır. Tərəflər döyüş zamanı günəşin tutulmasını pis əlamət kimi qəbul etmiş, tanrıların bu müharibəyə qarşı olduğunu düşünərək razılığa gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən Halis çayı Midiya və Lidiya arasında sərhəd kimi müəyyənləşdirilmişdir.[1]
Cəld faktlar Tarix, Yeri ...
Halis Döyüşü |
---|
Döyüşün baş verdiyi Qızılirmaq çayı sahili |
Tarix |
28 may, E.ə. 585 |
Yeri |
Halis çayının sahili (müasir Türkiyə ərazisi) |
Nəticəsi |
Heç bir tərəf qalib gəlmir |
Ərazi dəyişikliyi |
Halis çayı Midiya və Lidiya arasında sərhədd elan edildi |
|
|
|
|
|
Bağla