jurnalist From Wikipedia, the free encyclopedia
Hafiz Babalı və ya Hafiz Ərköyün oğlu Babalı (9 sentyabr 1971, Mücü, İsmayıllı rayonu) — azərbaycanlı araşdırmaçı jurnalist[1]; 32 ildən çox müstəqil media orqanlarında çalışıb.[1] Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədr müavini və Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin rəhbəridir.[1]
Hafiz Babalı | |
---|---|
Doğum tarixi | 9 sentyabr 1971 (53 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | araşdırmaçı jurnalist |
Fəaliyyət illəri | 1992— |
Tanınır | Korrupsiya araşdırmaları |
Mükafatları | Azad Media 2019 |
Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblərlə və təyziqlərlə üzləşən Hafiz Babalı AbzasMedia işi çərçivəsində 2023-cü il dekabrın 12-də polislər tərəfindən saxlanılmış, barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir çox həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir.
Hafiz Babalı 1971-ci il sentyabrın 9-da İsmayıllı rayonunun Mücü qəsəbəsində anadan olub.[1] Orta təhsilini Sumqayıt şəhərində başa vurub.[1] 1992–1996-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.[1] Evlidir, 3 övladı var.[1]
Hafiz Babalı hələ tələbə olan illərdə müxtəlif qəzetlərlə çalışmağa başladı. Jurnalist fəaliyyətinə 1992–1994-cü illərdə "Metallurq" qəzetində tərcüməçi, 1994–1997-ci illərdə isə "Günay" qəzetində müxbir olaraq başlayan Hafiz Babalı 1997-ci ilin avqustundan Turan İnformasiya Agentliyində çalışır.
Fəaliyyəti ərzində Hafiz Babalının araşdırmaları müxtəlif media orqanlarında Azadlıq Radiosu, Meydan TV və AbzasMediada yayımlandı.
2016-cı ildən Hafiz Babalı Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədr müavinidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.