HTTP
From Wikipedia, the free encyclopedia
HTTP (ing. HyperText Transfer Prоtocоl – İnternet şəbəkəsində istifadə olunan protokoldur. HTTP veb-səhifələri İnternetdən çağırmaq üçün bir mexanizmdir.
HTTP | |
Hypertext Transfer Protocol | |
---|---|
ƏS mərhələsi | Tətbiqi |
Ailə | TCP/IP |
Yaradılıb | 1990 il. |
Port/ID | 80/TCP |
Protokolun məqsədi | hipermətnə girişin universallaşması |
Spesifikasiya | RFC 1945, RFC 2616 |
Əsas realizasiyalar (kliyentlər) | Veb-brauzerlər, məsələn Mozilla Firefox, Chrome, Opera, Internet Explorer və b. |
Əsas realizasiyalar (serverlər) | Apache, Internet Information Services, Google Web Server, nginx və b. |
Yaradıcı | Tim Berners-Li[1] |
HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (FTP) və ya Gopher. Tiplərin ardınca serverin ünvanı yazılır (host). Bu ünvanı domen ünvanı da adlandırırlar. Domen ünvanına domenin özü (serverin aid olduğu təşkilatın tipi) və qovşağın adı daxildir. 2006-cı ildə, HTTP-trafikin Şimali Amerikada P2P-şəbəkələrində payı artaraq 46%-ə çatmışdır və onun da demək olar ki, yarısı "video və audio axın"-ların payına düşmüşdür. HTTP həmçinin SOAP,XML-RPC, WebDAV kimi digər proqram protokolları üçün "nəqliyyat vasitə" rolunda çıxış edir.