Hərbi Gürcüstan yolu
From Wikipedia, the free encyclopedia
Hərbi Gürcüstan yolu (gürc. საქართველოს სამხედრო გზა, oset. Арвыкомы фæндаг, inquş Гуржи некъ) — XIX əsrin əvvəllərindən etibarən, Vladiqafqaz (Şimali Osetiya) və Tiflis (Gürcüstan) şəhərlərini birləşdirən, Baş Qafqaz silsiləsindən keçən yolun adı. Qədim dövrlərdən bəri Dəryal keçidi kimi tanınmışdır.
Avtomobil yolu | |
E119 Avropa marşrutu | |
---|---|
Ölkələr | |
Yol nömrəsi | А161 / |
Uzunluğu | 212 km |
Başlayır | |
Bitir | |
Vikianbarda əlaqəli mediafayllar |
Yolun uzunluğu 208 kilometrdir. Tədricən yüksələn yol, Terek çayı vadisi boyunca uzanır, Dəryal dərəsi boyunca Qayalıq silsiləsini keçir, sonra Baydarka çayının dərəsi boyunca Krestovıy keçidə yaxınlaşır (hündürlüyü 2379 metr), oradan Belaya Araqvi çayı vadisinə enir və Kür çayının sağ sahili boyunca Tiflisə enir. Rusiyada ümumilikdə federal əhəmiyyət kəsb edən avtomobil yolları siyahısında A161 magistral yolu kimi qeyd olunur: Vladiqafkaz - Aşağı Lars - Gürcüstanla sərhəd. 31 dekabr 2017-ci il tarixinədək P301 yolunun əvvəlki təyinatından istifadəyə icazə verilirdi.
Rusiya-Gürcüstan sərhədindəki nəzarət məntəqələri: Yuxarı Lars (Şimali Osetiya, Rusiya) və Dariali (2008-ci ilə qədər - Kazbeqi) (Gürcüstan).