Hüseyn ibn Əli
Məhəmmədin nəvəsi və Əli ibn Əbu Talibin oğlu, 3-cü imam / From Wikipedia, the free encyclopedia
Hüseyn ibn Əli (ərəb. حسين بن علي; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə.
Hüseyn ibn Əli | |
---|---|
ərəb. أبو عبد الله الحُسين بن علي بن أبي طالب | |
669 – 680 | |
Əvvəlki | İmam Həsən |
Sonrakı | Əli ibn Hüseyn |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 yanvar 626 |
Doğum yeri |
|
Vəfat tarixi | 12 oktyabr 680 (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi lider[d], ilahiyyatçı, şair |
Atası | Əli bin Əbu Talib |
Anası | Fatimə |
Həyat yoldaşları | |
Uşaqları | |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
İmam Hüseyn adı, Əbu Abdullah[2][3] künyəsi ilə məşhurdur.[4][5][6][7] Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir.[8] Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır.
680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.
Hüseynin Kərbəladakı şəhidliyi İslam tarixi və şiəlik baxımından xüsusilə İslamın ilk illərində təyinedici bir rol oynamışdır. Hüseynin həyatı və şəhidliyi həssas dövrlərdən və ilk əsrlərin çox gərgin əsas hadisələrindən biri olaraq sayılmaqdadır. Əməvilərə qarşı üsyanı adının müqavimət, mübarizə və şəhidliklə xatırlanmasına səbəb olmuş və digər tərəfdən zəmanə hakimlərinə qarşı genişmiqyaslı qiyamların başlama səbəbi və ilham mənbəyi olmuşdur. Aşura hadisəsi şiə cəmiyyətinin fərqli zümrə və təbəqələrindəki müxtəlif ədəbiyyat, yazı, şəkil və kitabələrində əsrlərdir özünü göstərir.[9]