Azərbaycan SSR-də 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi From Wikipedia, the free encyclopedia
Gəncə dairəsi və ya Gəncə mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi.
Gəncə dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır.[1] Gəncə və Qazax qəzalarını əvəz etmişdir.
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Gəncə dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.