![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/Georgia_regions_map.png/640px-Georgia_regions_map.png&w=640&q=50)
Gürcüstanın inzibati bölgüsü
From Wikipedia, the free encyclopedia
Gürcüstanın inzibati bölgüsü — Gürcüstanda muxtar respublikalar (gürc. ავტონომიური რესპუბლიკა), regionlar (gürc. რეგიონი) və bələdiyyələr (gürc. მუნიციპალიტეტი) mövcuddur.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/Georgia_regions_map.png/640px-Georgia_regions_map.png)
Gürcüstan, sərhədləri qanunla 1991-ci ilin Dekabr ayının 21-də vəziyyətə uyğun olaraq təyin olunan bir unitar dövlətdir. Gürcüstan, iki Muxtar Respublikanı (gürc. ავტონომიური რესპუბლიკა), Acarıstan və Abxaziyanı ehtiva edir. Cənubi Osetiyanın köhnə, SSRİ dövrü muxtar varlığı, indi Gürcüstanın de-fakto yurisdiksiyası altında deyil və Gürcüstanın ərazi tənzimləməsində qəti bir konstitusiya statusu yoxdur.[1]
Gürcüstan torpaqları hazırda ümumi 76 bələdiyyəyə (gürc. მუნიციპალიტეტი) bölünmüşdür. Gürcüstanda, ölkənin paytaxtı Tblisidə olmaqla 12 muxtar şəhər (gürc. ქალაქი) və 64 icma mövcuddur (gürc. თემი). Iki muxtar respublika və Tbilisi xaricindəki bələdiyyələr, müvəqqəti olaraq, doqquz bölgəyə (gürc. მხარე) qruplaşdırılıb: Quriya, İmereti, Kaxeti, Aşağı Kartli, Msxeta-Mtianeti, Raça-Leçxumi və Aşağı Svaneti, Sameqrelo-Yuxarı Svaneti, Samtsxe-Cavaxeti və Şida Kartli. Tbilisinin özü də 10 rayona (gürc. რაიონი) bölünmüşdür.[1]