![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/de/Tbilisirallymemorial.jpg/640px-Tbilisirallymemorial.jpg&w=640&q=50)
Gürcüstan etirazları (1956)
From Wikipedia, the free encyclopedia
1956-cı il Gürcüstanda etirazları (gürc. საპროტესტო გამოსვლები თბილისში) - 1956-cı ilin 4 - 10 mart tarixləri aralığında Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı Tbilisi şəhərində baş vermiş sonradan iğtişaşlara çevirilmiş etirazlar. Bir həftə davam etmiş iğtişaşlar nəticəsində 22 nəfər həlak olub, 44 nəfər yaralanıb və 200 nəfər hadisələrin təşkilatçılığında rol oynadığına görə NKVD əməkdaşları tərəfindən həbs edilmişdir. 1956-cı ildə Tbilisi şəhərində baş verənlər 50-60-cı illərdə Sovet Sosialist Respublikaları İttifaqı daxilindəki ən böyük millətçi hərəkatlardan biri hesab olunur.
Gürcüstan etirazları საპროტესტო გამოსვლები თბილისში | |||
---|---|---|---|
![]() Rustaveli prospektindəki keçmiş rabitə idarəsinin binasında hadisə qurbanlarının xatirəsinə qoyulmuş lövhə. | |||
Tarix | 4 mart-10 mart, 1956 | ||
Yeri | Tbilisi, Gürcüstan SSR | ||
Səbəbi | İosif Stalin irsinin və gürcü milli kimliyinin müdafiəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
1956-cı il, fevralın 14-25-də Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayı keçirildi. Ali toplantının sonuncu günü keçirilən qapalı iclasda partiya rəhbəri Nikita Xruşşov Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında adlı məruzə ilə çıxış etdi. Məruzədə Stalinin ölkəyə rəhbərlik etdiyi zaman baş verən repressiyalara toxunulurdu. Qurultayda qəbul olunan qərara görə, Nikita Xruşşovun məruzəsi mətbuatda dərc olunmayacaq, kommunistlərin tanış olması üçün aşağı partiya təşkilatlarına göndəriləcəkdi.
İosif Stalinin nüfuzunun ən yüksək olduğu yer Gürcüstan Sovet Sosialist Respublikası idi. Burada Nikita Xruşşovun məruzəsi daha çox qıcıq doğurdu. Onun səslənməsindən 10 gün sonra, martın 5-də isə Stalinin ölümünün üçüncü ildönümü idi. Bu tarix baş verən hadisələr üçün katalizator rolu oynadı.
Artıq martın 4-də, axşam saatlarında Tbilisidə Stalinin öz adını daşıyan istirahət və mədəniyyət parkındakı heykəlinin önünə əhali toplaşdı. Onlar Stalinə yönələn tənqidlərə etirazlarını bildirdilər və dağılışdılar. Ertəsi gün həmin heykəlin önünə daha çoxsaylı kütlə toplaşmağa başladı. Onların əsas şüarı "Stalinin tənqidinə yol vermərik!" idi. Get-gedə sayı artan insanlar Tbilisinin əsas nəqliyyat arteriyasına - Rustaveli prospektinə çıxaraq yürüş keçirdilər. İnsanları qəzəbləndirən əsas səbəblərdən biri qəzetlərdə Stalinin ölümünün ildönümü barədə məlumatların, məqalələrin yer almaması idi.[1]
İosif Stalinin Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında tənqid olunmasına görə başlayan etirazlar bir necə gündən sonra gürcü xalqının milli azadlıq hərəkatına çevrilmiş və etirazlara qatılan kütlənin arasında müstəqil Gürcüstan dövlətinin yaradılması tələbləri də səsləndirilmişdir.[2]