Gürcüstan Texniki Universiteti
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.
Gürcüstan Dövlət Texniki Universiteti (gürc. საქართველოს ტექნიკური უნივერსიტეტი, ing. Georgian Technical University) Gürcüstanın Tbilisi şəhərində yerləşən ölkənin ən aparıcı universitetlərindən biridir. Burada texniki fakültələrdən yana digər fakültələr üzrədə təhsil olduğu üçün bəzən Gürcüstan Dövlət Politexniki Universiteti (qısaca: GPU) deyilir.
Gürcüstan Texniki Universiteti | |
---|---|
საქართველოს ტექნიკური უნივერსიტეტი | |
41°43′01″ şm. e. 44°46′41″ ş. u.HGYO | |
Şüar | Bilik gücdür (gürc. ცოდნა ძალაა) (lat. Scientia potentia est) |
Əsası qoyulub | 1922 |
Tip | Dövlət |
Rektor | Archil Prangishvili |
Tələbə sayı | 12.000-25.000 arası |
Şəhər | Tbilisi |
Ölkə | |
Ünvan | Tbilisi,Kostava küç. 77 |
Sayt | gtu.ge |
Vikianbarda əlaqəli mediafayllar |
1922-ci ildə Tbilisi Dövlət Universitetinin nəzdnində politexnik fakültəsi kimi yaradılıb.
1928-ci ildə Tbilisi Dövlət Universitetin'dən ayrılaraq Vladimir İliç Lenin adına Gürcüstan Dövlət Politexnik İnstitutu kimi yaradıldı.
1930 və 1932-ci illərdə universitetə daha çox fakültələr əlavə edilərək birazda genişləndirildi.
1972-ci ildə 50 illik yubileyində SSSR'in ən yüksək mükafatı Lenin ordeni ilə mükafatlandırıldı.
1991-ci ildə Gürcüstan müstəqilliyini əldə etdikdən sonra birazda böyüyərək önəmli yerini tutdu və hal hazırda həmin adı daşıyır.
Universitet əsasən təhsil və elmi fəaliyyətə yardım edən əsas struktur bölmələrindən ibarətdir: fakültələr, kitabxanalar və köməkçi struktur bölmələri. Universitetin əsas təhsil və elmi idarəsi fakültələrdir. Fakültə akademik, tədqiqat və köməkçi struktur bölmələrindən ibarətdir.
İnşaat Fakültəsi
Enerji və Telekommunikasiya Fakültəsi
Mədən və Geologiya fakültəsi
Kimya Texnologiyaları və Metalurji Fakültəsi
Memarlıq, Şəhər və Dizayn Fakültəsi
İnformatika və Sistem İdarəetmə Fakültəsi
Nəqliyyat və Maşınqayırma Fakültəsi
Humanitar və Sosial Elmlər Fakültəsi
Gürcüstan Texniki Universitetinin ölkə içində 13 filial şöbəsi və tabeliyində olan qurumlar var. Hal-hazırda Universitetdə 8 fakültə və 28 kafedra, 12 min tələbə, 1500 professor və işçi heyəti vardır. Təhsil ingilis,rus və gürcü dillərində verilir.