Gürcü dili
kartvel ailəsindən dil, Gürcüstanın dövlət dili / From Wikipedia, the free encyclopedia
Gürcü dili (ქართული ენა kartuli ena) — Kartvel dilləri ailəsində dil. Meqrel, laz və svan dilləri ilə bir kökdən olub, onlardan çox əski zamanlarda ayrılmışdır. Buna görə onlar arasında qarşılıqlı anlaşılma yoxdur. Gürcü dilinin Kaxetiyada, Kartlidə, Quriyada, İmeretiyada, Acarıstanda, Türkiyədə, Azərbaycanda və Iranda fərqli ləhcələri danışılır. Tərkibində çoxlu yunan, türk, ərəb və fars sözləri vardır. Gürcü dili Gürcüstanın rəsmi dövlət dili olmaqla yanaşı Gürcüstanda yaşayan bütün Kartvel (İber) xalqlarının ortaq dilidir. Çox zəngin dildir.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Gürcü dili | |
---|---|
Orijinal adı | ქართული ენა |
Ölkələr | Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya |
Rəsmi status | Gürcüstan |
Danışanların ümumi sayı | 4,3 milyon |
Təsnifatı | |
Kateqoriya | Kartvel dilləri |
|
|
Yazı | Gürcü yazıları |
Dil kodları | |
QOST 7.75–97 | гру 158 |
ISO 639-1 | ka |
ISO 639-2 | geo (B); kat (T) |
ISO 639-3 | kat |
Dilin strukturlarının dünya atlası | geo |
Ethnologue | kat |
Linguasphere | 42-CAB |
LINGUIST List | geor |
ABS ASCL | 4902 |
IETF | ka |
Glottolog | nucl1302 |
![]() |
Gürcü dili 1919-cu ildə yaradılmış Bakıdakı Azərbaycan Universitetində tədris edilirdi. 1950-ci illərdə İsveçrədə gürcü dilinin təfsilatlı dərsliyi işıq üzü gördü. 1970-ci illərdən bəri Almaniyanın Yena Universitetində professor Feynrix "Georgica" jurnalını təsis etmişdir. Jurnal bu günədək çıxmaqdadır.
Amerikalı gürcüşünas Aronson 1950–60-ci illərdə gürcü dili üzrə fundamental derslik və lüğətləri redaktə edib, nəşr etdirmişdir.
Hazırda gürcü dili Almaniya, Fransa, Polşa, İsveç, İngiltərə və ABŞ-nin bir sıra universitetlərində tədris edilir.