Greyfriars Bobbi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Greyfriars Bobbi (d. 1855 və ya 1856, Edinburq, Şotlandiya - ö. 1872, Edinburq, Şotlandiya) — Skye Teriyer cinsindən olan it. Ölən sahibi John Grayı iki yaşından 16 yaşında öz ölümünə qədər məzarı başında gözləməsi ilə məşhurlaşmışdır. Qarşılıqsız sevgi və sonsuz sədaqətilə Edinburq şəhərinin simvolu halına gəlmişdir[1]. Ölümünün ertəsi ilində, Burdett-Coutts Baronessi Angela Burdett-Coutts- IV Coutts körpüsünün cənub çıxışında, Bobbinin xatirəsini yaşatmaq üçün bir heykəl və bulaq tikdirdi.
John Gray 14 may 1814-cü ildə Şotlandiyanın Forfar şəhərində anadan olub.
Əvvəl atası kimi bağban olan Qrey, pis hava durumu səbəbiylə işsiz qalınca həyat yoldaşı və oğlu ilə birlikdə Edinburqa köçərək polis orqanlarında işləməyə başlayıb. Gecə növbəsində işlədiyi üçün özünə qoruma iti olaraq Bobbi verilmişdir. 1857-ci ildə vərəmə yoluxan Qrey, gündən-günə pisləşdi. Yataqdan qalxa bilmədiyi son günlərində Bobbi Qreyin ayaqlarının dibində yatırmış[2].
8 fevral 1858-ci ildə ölən Con Qrey, Edinburqdakı Greyfriars Kirk kilsəsinin Greyfriars Kirkyard məzarlığında dəfn olunub. Bobbi öz ölümünə qədər, 14 il ərzində sahibinin məzarını qorumağı özünə vəzifə tutmuş göründü. Bobbinin bu davranışı Edinburq əhalisi tərəfindən qarşılıqsız sevginin və sədaqətin rəmzi kimi qəbul edilməsinə yol açdı.
Bobbi 1872-ci ildə ölüncə, Con Qrey ilə eyni qəbiristanlıqda dəfn edilməsə də həmin qəbiristanlığın ərazisinə aid parkın içində, sahibinin məzarından çox da uzaq olmayan bir yerə dəfn edilib.
2011-ci ildə Bobbi adlı qoruma itinin sahibliyi John Graya aid olmadığı və əslində məzarı duranın bir küçə iti olduğu, dolayısıyla əfsanəni iki ayrı itin yaratdığı iddia edilib[3][4][5][6].
Greyfriars Bobbi heykəli, William Brodie tərəfindən Bobbinin ölümündən qısa müddət sonra noyabr 1873-cü ildə tamamlanaraq IV George körpüsünün cənub çıxışına, yenə Bobbinin xatirəsini yaşatmaq üçün inşa edilən bulağın üstünə yerləşdirildi. Heykəl, yerli bir aristokrat olan Burdett-Coutts Baronesi Angela Burdett-Coutts tərəfindən sifariş edilmişdi[7]. Bulaq və heykəlin yeri eyni zamanda Greyfriars Kirkyard qəbiristanlığının əsas (cənubi) girişinin yaxınlığındadır.
1975-ci ildə Edinburqdakı bir çox bulaq kimi bu fəvvarənin də su qaynağı kəsilmişdir.
13 may 1981-ci ildə the Dog Aid Society of Scotland (Şotlandiya İtlərə Yardım İcması) tərəfindən Bobbinin məzarına qırmızı qranit daş tikilib və açılışını Gloucester Hersoqu Şahzadə Riçard edib. Məzar daşında yazılanlar belədir:
Greyfriars Bobby
Died 14 January 1872
Aged 16 years
Let his loyalty and devotion be a lesson to us all.
Bir avtomobilin 1984-cü ildə bulağa çırpılması ilə, məcburi olaraq 1985-ci ildə bulaq və heykəl bərpa edilib. Bərpa nəticəsində həm üstdən insanların, həm də altdan heyvanların su içməsini təmin edən tənzimləmə dəyişdirilib və altdan su içilmə hissəsi ləğv olunubdur[8].
Edinburq əhalisi şəhərin simvollarından biri halına gəlmiş olan Bobbinin xatirəsini yaşadır və turist mərkəzi olaraq da bundan istifadə edir.
Bobbinin həyatına həsr edilmiş kitablar arasında ən məşhur olanı, Eleanor Atkinson tərəfindən 1912-ci ildə qələmə alınan Greyfriars Bobbi romanıdır.[9]
Şotlandiya-Kanada Celtic-Punk qrupu Real Mckenzies, 2008-ci ilin istehsalı Off the Leash albomunda "The Ballad of Greyfriars Bobby" adlı bir mahnı yazmışdır.
Bobbinin xatirəsinə qurulmuş Greyfriars Bobby Walking Theatre adlı səyyar bir teatr icması da var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.