From Wikipedia, the free encyclopedia
Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun.[2]
Grand Theft Auto | |
---|---|
Hazırlayanlar | Rockstar Lincoln |
Yayımlayanlar | Rockstar Games |
Seriya | Grand Theft Auto |
Buraxılış tarixləri | 28 fevral 1998 |
Janr | döyüş-macəra oyunu |
Texniki məlumat | |
Platforma | MS-DOS, Microsoft Windows, PlayStation, DOS əməliyyat sistemi |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun[1] |
İnterfeysin dili | ingilis dili, yapon dili |
Daşıyıcı | CD-ROM, rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı, geympad |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir.[3]
Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur.[4]
Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir.
Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami).[5]
Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq.
Polisdən qurtulmağın üç yolu vardır:[6]
Missiyaların çoxuna, oyunçu şəhər ərazisində bolluq təşkil telefon dirəklərindən istifadə edərək başlaya bilir. Həm də müəyyən bir avtomobilə doğru gələrək və ya oturaraq əlavə tapşırıqlar əldə edə bilərsiniz.[7]
Oyunçu bir missiya əldə etdikdən sonra, cari missiya başa çatmamış, digər missiyalara keçə bilmir.
Missiyalar olduqca müxtəlifdir. Oyunçuya bank soyğunçuluğu, gettolarla atışmalar, polislərə qarşı vuruşma və digər qeyri-qanuni işləri ilə məşğul olmaq təklif olunur.
Grand Theft Auto oyunu yeddi radiostansiyaya, həmçinin polis radiotezliyinə malikdir. Oyunçular avtomobildə hərəkət edərkən bu radiostansiyalara qulaq asa bilər. Lakin hər bir avtomobildə radiostansiya yer almır, sadəcə xüsusi avtomobillərdə radiostansiyalara qulaq asmaq mümkündür. PlayStation oyun versiyasında hər bir avtomobil yalnız bir radio stansiyasına sahib idi.[8]
PC Zone vebsəhifəsinin oyun üzərindəki rəyi: "Oyunda təsvir edilən qəddarlıq və cinayət fəaliyyətinin romantik olduğunu, lakin eyni zamanda çox cəlbedici" olduğunu söylədi.[9] Game.Exe Juranlının rəyçisi Aleksandr Verşinin yalnız multiplayer olmamasının dezavantaj olduğunu bildirdi lakin oyun haqqında müsbət rəylər bildirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.