From Wikipedia, the free encyclopedia
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[1][2][…], Le Ronkole[d], Taro departamenti[d][3] – 27 yanvar 1901[4][1][…], Milan[5][3]) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur.[6]
Cüzeppe Verdi | |
---|---|
it. Giuseppe Verdi | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 oktyabr 1813[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 yanvar 1901[4][1][…] (88 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri |
|
Uşağı | 2 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, yazıçı, siyasətçi |
Fəaliyyət illəri | 1830-cu ildən |
Janrlar | klassik musiqi, opera |
Musiqi aləti | piano |
Üzvlüyü |
|
Mükafatları | |
verdi.san.beniculturali.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb.
Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib. Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində qalan Verdi latın dilindən və musiqidən dərslər alır. Milan Konservatoriyasına daxil olmaq istəyən Verdi, piano texnikasından zəif olduğu üçün imtahanlardan keçə bilmir. Bir neçə onillikdən sonra Milan Konservatoriyasına Cüzeppe Verdinin adı veriəcəkdi. Verdi Konservatoriyaya daxil ola bilməsə də La Skala Teatrının rəhbəri Vinsente Laviqnadan 2 il müddətinə xüsusi dərs almaq fürsətini qazanır. Barezzinin xərclərini ödəməsi sayəsində dərs alan Verdi opera musiqisini öyrənməyə başlayır.
Verdi, Busettoya geri gələndə şəhər orkestrinin rəhbərliyini icra etməyə başladı. O, 1836-cı il mayın 4-də Barezzinin kiçik qızı Marqerita ilə evləndi, ard-arda qızı və oğlu dünyaya gəldi. Amma çarəsiz xəstəlik onun xoşbəxtliyini tez yarıda kəsdi. 1840-cı ildə iki uşağını və həyat yoldaşını müxtəlif xəstəliklər səbəbindən itirən Verdinin evindən 2 ay içərisində 3 cəsəd çıxarıldı.
O, 1838-ci ildə ilk bəstəsini hazırladı. Orkestr şefliyindən ayrılaraq Milanda yaşamağa başladı. Avropanın məşhur musiqiçilərindən olan Covanni Rikordi ilə çalışmağa başlayan bəstəkarın bu iş birliyi ömrünün sonuna qədər davam etdi. 1838-ci ildə yazdığı "Operto" adlı ilk operası Milanda o dövrün məşhur sənətkarları tərəfindən çox bəyənildi. Əvvəlcədən bağladığı müqavilə səbəbindən komik opera bəstələməli idi. Məcburiyyətdən ilk komik operası "Bir günlük kral"ı yazdı. Bu əsər La Skalada müvəffəqiyyətsizliklə qarşılaşdığı üçün ruhi düşkünlük yaşayan Verdi artıq əsər bəstələməməyə qərar verdi.
Verdini bu çətin məqamdan xilas edən Bartolomeo Merelli oldu. Merelli Verdinin yaxşı bəstəkar olduğuna inanır və işinə geri dönməyini istəyirdi. Buna görə Verdiyə bir ssenari verib onu evə göndərdi. Opera bəstələməməyə and içən Verdi, evə gələndə ssenarini yerə atır, ancaq açılan səhifədə yazılı olan sözlər marağını çəkir. Orada yazılan sözlər Verdini çox təsirləndirmişdi. Operanı çox sevməsinə baxmayaraq, bəstələməməyə qərarlı olan Verdi Merellinin yanına getdi, amma razı olmuş şəkildə geri döndü. İtalyan bəstəkarı və liberetto yazıçısı Temistokle Solerin yazdığı liberettonu oxuduqdan sonra da fikrini dəyişdi. Beləcə Verdinin üçüncü operası "Nabukko" yarandı. Yəhudilərin Babildən sürgün olunması mövzusunda hazırladığı əsərini 1841-ci ildə tamamladı. Bu əsər Verdiyə ilk böyük müvəffəqiyyət qazandırdı və onun adını məşhur İtalyan bəstəkarlarının arasına yazdıracaq şöhrəti gətirdi.
Verdi özü qeyd edirdi ki, məhz bu opera ilə o, əsil yaradıcılığa başlamışdır. Bu opera doğrudan da tamaşaçı kütləsi tərəfindən böyük maraq və heyranlıqla qarşılanmışdır. Bir sıra tənqidçilər buna baxmayaraq opera haqqında mənfi rəylərlə çıxış edirdilər. Alman bəstəkarı Nikolay Otto librettonu alan ilk bəstəkar olsa da onun süjetini anlamır və opera yazmaqdan imtina edir. Onun müqabilində 1841 ci ilin martında yazmış olduğu it. “IL proscritto” operası uğursuzluğa uğrayır. La Skala onun ilə müqaviləni ləğv edəndən sonra Nabukko operasının zəfərinə son dərəcə hiddətlənmiş olur.
Bu opera La Skalada səhnələşdirildiyi zaman 1842-ci ildə Abigeyl rolunu ifa edən Cüzeppina Strepponi ilə tanış olan Verdi, 55 il davam edən yeni iş birliyinə başladı. 1859-cu ildə Cüzeppina ilə evlənən Verdinin ən məhsuldar illəri xanımı ilə keçirdiyi illər oldu. 1897-ci ildə, həyat yoldaşının ölümünə qədər bu evlilikləri davam etdi.
"Nabukko"dan sonra ard-arda "Lombardi", "Ernani", "I due Foscari" operalarını yazan Verdi böyük şöhrət qazandı. "Nabukko" və "Lombardi"nin xor hissələri küçədəki xalqın və italyan vətənpərvərlərin dilindən düşmürdü. "Ernani" operası isə ona İtaliyadan kənarda da məşhurluq qazandırdı. Opera əsərlərinin musiqi hissəsinə əhəmiyyət verən, dramatik hissəsini o qədər də düşünməyən italyan opera ənənəsinə yenilik gətirərək, oyunun dramatik istiqamətinə önəm verdiyi "Ernani" əsərindən sonra ard-arda opera sifarişləri almağa başladı.
Bir anlaşılmazlıq səbəbiylə artıq operalarını Milanda sahnələşdirmək istəmədiyi üçün "Alzira", "Atilla", "Makbet" digər İtaliya şəhərlərində, "I Masnadieri" əsəri isə Londonda səhnələşdirildi. Mövzusu Volterin eyni adlı əsərindən alınan "Alzira" operası Verdinin heç sevmədiyi, "həqiqətən qorxunc" olaraq xarakterizə etdiyi tək operası olaraq məşhurluq qazanıb. "Atilla" operası isə Verdinin Solera ilə əməkdaşlığın son məhsuludur və çox müvəffəqiyyətli operadır. "Makbet" operasının liberettosunu Şekspirin pərəstişkarı olan Verdi nəsr olaraq özü yazıb. Baş rolu tenora deyil, baritona vermək, pis xarakterləri əsərin qəhrəmanı etmək, əsərdə tək bir eşq əhvalatını deyil, ehtirası, vicdan narahatlığı kimi mövzuları işləmək bu əsərlə gətirdiyi yeniliklərdir.
Verdinin dünyada digər operalardan ən üstün olduğu əsəri "Don Karlos"dur. Verdi Donizettidən sonra italyan opera tarixini yaradan, romantik italyan operasının ən əhəmiyyətli bəstəkarlarından biridir. O, əsərləri ilə teatrı geniş xalq kütlələrinə tanıtmış sənətçi idi. Bu müvəffəqiyyətinin arxasında teatrın imkanlarını çox yaxşı bilməsi və onun ehtiyaclarını qarşılayacaq tərzdə əsərlər yaratması dayanırdı. Operalarına mövzu tapmaqda çox həssas davranır və xalqın bəyənəcəyi aktual mövzulara müraciət edirdi. "La Traviata" operasında ilk dəfə cəmiyyət psixologiyası ilə əlaqədar aktual mövzunu işləyərək opera tarixçilərinə görə o günə qədər kimsənin cəsarət edə bilmədiyi tətbiqin qabaqcılı oldu. Verdi, bir tərəfdən operaya italyan xalq sənətinin mahnılarını gətirir, bir tərəfdən də xalqın küçələrdə söyləyəcəyi yeni mahnılar yaradırdı. Bu səbəblə əsərləri həm səhnədə, həm də küçələrdə sevilən sənətkar oldu və musiqisini yenidən xalqın xidmətinə təqdim etməyi bacardı. Cüzeppe Verdinin ən yaxşı xüsusiyyətlərindən biri bu idi ki, yaşlandıqca musiqisi daha da gözəlləşirdi.
Verdi, italyan milliyyətçiliyinin də əhəmiyyətli adlarından biridir. "Nabukko" operasındakı Va pensiero adlı ilahinin italyan milli marşı olması tez-tez gündəmə gəlib. Verdinin adının Vittorio Emanuele Re D'Italia (İtalyan Kralı Vittorio Emanuele) ifadəsinin ilk hərflərindən meydana gəlməsi də maraqlıdır. Milan Avstriya işğalında olduğu və Vittorio Emanuele İtalyan birliyini təmin etməyə çalışdığı dövrdə millətçilər o dövrdə Verdi operalarının çox məşhur olmasından ilhamlanaraq "Viva Verdi" ("Çox Yaşa Verdi") ifadəsini səfərbərlik üçün kod adı olaraq istifadə ediblər. Özlərinə yeni simvollar, yeni həyəcanlar axtaran İtalyan vətənpərvərlər axtardıqları həyəcanı və coşqunu Verdinin operalarından tapırdı. Verdinin hətta kral olmasını istəyənlər də var idi. Beləcə Verdi adı italyan millətçiliyində də xüsusi yer tutur.
1848-ci ildə Milanın avstriyalılar tərəfindən tutulmasından sonra "Il Corsaro", "La Battaglia di Legnano" və "Luisa" Miller operalarını yazdı. "Il Corsaro" onun borcunu ödəmək üçün tələm-tələsik yazdığı pis əsəri idi. "La Battaglia di Legnano" millətçiliyi təbliğ edən cümlələr və səhnələrlə dolu əsərdir. "Luisa Miller"in mövzusu isə Fridrix Şillerin "Məkr və Məhəbbət" adlı əsərindən alınıb. İlk dəfə əsilzadələri deyil, xalqın içindən olan insanların canlandırıldığı operada orkestr yalnız əsərə yoldaşlıq edən vasitə olmaqdan çıxıb güclü izahat vasitəsi halına gəlib. Bu əsər, bir neçə il sonra bəstələnəcək "La Traviata" ilə birlikdə Realizm axınının qabaqcılı oldu.
1851-ci ildə Verdinin "ən yaxşı əsərim" dediyi "Rigoletto" Venesiyada, 1853-cü ildə isə "Il Trovatore" Romada böyük müvəffəqiyyət qazandı. "Rigoletto"nun mövzusunu Viktor Hüqonun "Kral əylənir" adlı əsərindən götürülüb.
"Il Trovatore"nin mövzusu isə qarışıq və başa düşülməsi çətin olan operadır. Müğənnilərin təbii səs imkanlarına görə bəstə yaratmaq yerinə, onların səslərini inkişaf etdirməyə yönəldəcək xüsusiyyətdə əsərdir. Eyni il (1853) ən məşhur əsəri olan "La Traviata" Venesiyada səhnələşdirildi. Zaman keçdikcə bu əsər ən sevilən operalardan biri oldu. Verdinin Aleksandr Dümanın "Kameliyalı qadın" romanından ilhamlanaraq yazdığı "La Traviata" ədəbiyyata söykənən operanın ən tanınmış nümunələrindəndir və "Carmen" ilə birlikdə realizm məktəbinin qabaqcıllarından biridir.
Bu dövrdə bəstələdiyi digər məşhur operaları bunlardır: "I Vespri sicilian", "Aroldo", "Simon Boccanegra" və "Un ballon in Maschera". Verdi 1859-cu ildə Parma Məclisinə Busetto nümayəndəsi olaraq girdi. 1861-ci ildə isə İtalyan parlamentinə seçildi. 1865-ci ildə parlamentdən uzaqlaşdı. 1862-ci ildə "La Forza del Destino" operasını Sankt Peterburqda səhnələşdirdi. 5 il opera yazmağa ara verdikdən sonra, 1867-ci ildə "Don Karlos" operasını yazdı.
Misirdən gələn sifarişlə yazdığı, 1870-də üzərində işə başladığı məşhur "Aida" operası bir il sonra Süveyş kanalının açılışı zamanı Qahirədə səhnəyə qoyuldu.
İlk olaraq Verdi operanı yazmaqdan imtina edir. Onda təşkilatçılar operanı yazmaq üçün Şarl Qunoya müraciət edəcəklərini deyirlər. Verdi güman edir ki, Şarl Quno operanı öz boynuna götürəcəkdir. Sonra təşkilatçılar operanı yazmaq üçün Rixard Vaqnerə müraciət edəcəklərini bildirirlər. Vaqner və Verdi hər biri öz ölkəsinin opera sənəti üzrə lideri olduğu üçün bir-birilərini bir o qədər də sevmirdilər. Onlar heç vaxt da bir-biri ilə görüşməmişdirlər. Sifarişin Vaqnerə veriləcəyini eşiddikdən sonra Verdi müqavilə şərtləri ilə tanış olmağa razılıq verir.
Opera 1870 ci ilin noyabr ayında opera bitmiş olur. Lakin Prussiya ilə müharibə zamanı mühasirədə olan Parisdən opera üçün xüsusi hazırlanmış səhnə dekorasiyalarını və geyim libaslarını Qahirəyə gətirtmək böyük problemə çevrilir. Buna görə də məhz operanın premyerasını 24 dekabr 1871 ci ildə, xristianların milad bayramı günündə oynamaq mümkün olur[9]. Opera elə ilk premyerasında böyük müvəffəqiyyət qazanmış olur.
Kəsdiyi şərtə görə Verdi operanın bəstəsi üçün tələb etdiyi honorar olaraq o dövr üçün ən yüksək məbləğ sayılan 150 000, qızıl fransız frank almış olur. Sifarişin tam məbləği isə 250 000 qızıl fransız frankı həcmində olmuşdur. Bundan əlavə operanın bitməsindən sonra ona daha 70 000, sonra isə daha 20 000 qızıl fransız frankı ödənilmişdir. Bu məbləğ o dövr üçün opera tarixində misli görünməmiş bir hədd idi[10]. Orkestr "Zəfər marşını" ifa edərkən Verdi özü tərəfindən icad etdiyi "Aida trompet"lərini sınamışdır.
Əsərin Avropadakı premyerası isə 1872-ci ildə La Skalada oldu. O qədər bəyənildi ki, bəstəkar 32 dəfə səhnəyə çağırıldı. Əsər Verdinin ən gözəl operası olaraq qəbul edildi. 15 il opera yazmayan Verdi, hamının bəstəkarlıqla vidalaşdığını düşündüyü zaman, 1887-ci ildə "Otello" operası ilə fanatlarının qarşısına çıxdı. "Otello" Verdinin səs və orkestr arasındakı tarazlığı tapdığı ən yetkin əsəridir. 6 il sonra, 1893-cü ildə ikinci komik operası və son əsəri "Falstaff"ı bəstələdi və böyük müvəffəqiyyət qazandı. Əsər ilk dəfə Romada təqdim olundu. Bundan sonra Verdiyə Roma şəhərinin fəxri vətəndaşı titulu verildi.
"Falsaff"ı bəstələdikdən sonra o, təkliyə çəkilərək 11 ilini hamıdan uzaqda yaşadı. 1895-ci ildə yaşlı musiqiçilər üçün sığınacaq olaraq hazırladığı "Casa di Riposo"nu inşa etdirməyə başladı. Tikili 1899-cu ildə tamamlandı.
Dahi bəstəkar 1901-ci il yanvarın 21-də, 88 yaşında Milanda "Grand Hotel"in otağında dünyaya göz yumdu. O, yalnız 20 adamın və kiçik hərbi birliyin qatıldığı səssiz və musiqisiz cənazə mərasimi vəsiyyət etmişdi. İstəyinə uyğun cənazə mərasimi keçirilsə də, bir ay sonra onun və həyat yoldaşı Cüzeppinanın tabutları Milandakı qəbiristanlıqda olan müvəqqəti məkanlarından çıxarılaraq böyük mərasimlə "Casa di Riposo"ya aparıldı. İtalyan kral ailəsi üzvlərinin, millət vəkillərinin, diplomatların da qatıldığı mərasimdə minlərlə adam "Nabukko" operasındakı məşhur ilahini xor halında səsləndirdi.
# | Əsər | Libretto | Pərdə, Dil | Premyera |
---|---|---|---|---|
1 | Oberto, conte di San Bonifacio | Antonio Piatsa, Temistocle Solera | 2 pərdəli, italyanca | La Skala teatrı, Milan, 17 noyabr 1839 |
2 | Un giorno di regno, later Il finto Stanislao | Felice Romani | 2 pərdəli, italyanca | La Skala teatrı, Milan, 5 sentyabr 1840 |
3 | Nabukko | Temistocle Solera | 4 pərdəli, italyanca | La Skala teatrı, Milan, 9 mart 1842 |
4 | I Lombardi alla prima crociata | Temistocle Solera | 4 pərdəli, italyanca | La Skala teatrı, Milan, 11 fevral 1843 |
5 | Ernani | Francesco Maria Piave | 4 pərdəli, italyanca | La Feliçe teatrı, Venesiya, 9 mart 1844 |
6 | I due Foscari | Françesko Maria Piave | 3 pərdəli, italyanca | Teatro Argentina, Roma, 3 noyabr 1844 |
7 | Giovanna d'Arco | Temistocle Solera | 3 pərdəli, italyanca | La Skala, Milan, 15 fevral 1845 |
8 | Alzira | Salvadore Cammarano | 2 pərdəli, italyanca | Teatro San Carlo, Naples, 12 August 1845 |
9 | Attila | Temistocle Solera, Francesco Maria Piave | 3 pərdəli, italyanca | Teatro La Fenice, Venice, 17 March 1846 |
10 | Macbeth | Francesco Maria Piave | 4 pərdəli, italyanca | Teatro della Pergola, Florence, 14 March 1847 |
11 | I masnadieri | Andrea Maffei | 4 pərdəli, italyanca | Her Majesty's Theatre, London, 22 July 1847 |
12 | Jérusalem | Alphonse Royer, Gustave Vaëz | 4 pərdəli, fransızca | Paris Opéra (Salle Le Peletier), 26 November 1847 |
13 | Il corsaro | Francesco Maria Piave | 3 pərdəli, italyanca | Teatro Grande, Trieste, 25 October 1848 |
14 | La battaglia di Legnano | Salvadore Cammarano | 4 pərdəli, italyanca | Teatro Argentina, Rome, 27 January 1849 |
15 | Luisa Miller | Salvatore Cammarano | 3 pərdəli, italyanca | Teatro San Carlo, Naples, 8 December 1849 |
16 | Stiffelio | Francesco Maria Piave | 3 pərdəli, italyanca | Teatro Grande, Trieste, 16 November 1850 |
17 | Rigoletto | Francesco Maria Piave | 3 pərdəli, italyanca | Teatro La Fenice, Venice, 11 March 1851 |
18 | Trubadur | Salvatore Cammarano, Leone Emanuele Bardare | 4 pərdəli, italyanca | Teatro Apollo, Rome, 19 January 1853 |
19 | Traviata | Françesko Maria Piavenin | 3 pərdəli, italyanca | La Feliçe teatrı, Venesiya, 6 mart 1853 |
20 | Les vêpres siciliennes | Charles Duveyrier, Eugène Scribe | 5 pərdəli, fransızca | Paris Opéra (Salle Le Peletier) 13 June 1855 |
21 | Giovanna de Guzman | Eugenio Caimi | 5 pərdəli, italyanca | Teatro Regio, Parma, 26 December 1855 |
22 | Le trouvère | Salvatore Cammarano, Leone Emanuele Bardare; Emilien Pacini (trans.)[11][12] | 4 pərdəli, fransızca | La Monnaie, Brussels, 20 may 1856[11] |
23 | Simon Boccanegra | Francesco Maria Piave | 3 pərdəli, italyanca | Teatro La Fenice, Venice, 12 March 1857 |
24 | Aroldo | Francesco Maria Piave | 4 pərdəli, italyancaa | Teatro Nuovo, Rimini, 16 August 1857 |
25 | Un ballo in maschera | Antonio Somma | 3 pərdəli, italyanca | Teatro Apollo, Rome, 17 February 1859 |
26 | La forza del destino | Francesco Maria Piave | 4 pərdəli, italyanca | Bolshoi Kamenny Theatre, Saint Petersburg, 10 November 1862 |
27 | Macbeth | Francesco Maria Piave | 4 pərdəli, italyanca | Théâtre Lyrique, Paris, 21 April 1865 |
28 | Don Carlos | Camille du Locle, Joseph Méry | 5 pərdəli, fransızca | Paris Opéra (Salle Le Peletier), 11 March 1867 |
29 | La forza del destino | Francesco Maria Piave | 4 pərdəli, italyanca | Teatro alla Scala, Milan, 27 February 1869 |
30 | Aida | Antonio Ghislanzoni | 4 pərdəli, italyanca | Khedivial Opera House, Cairo, 24 December 1871 |
31 | Don Carlo | Camille du Locle, Joseph Méry; Achille de Lauzières (Italian trans.) | 5 pərdəli, italyanca | Teatro San Carlo, Naples, November/December 1872[13] |
32 | Simon Boccanegra | Francesco Maria Piave | 3 pərdəli, italyanca | Teatro alla Scala, Milan, 24 March 1881 |
33 | La force du destin | Francesco Maria Piave | 4 pərdəli, fransızca | Antwerp, 14 March 1881 |
34 | Don Carlo | Camille du Locle, Joseph Méry | 4 pərdəli, fransızca | Teatro alla Scala, Milan, 10 January 1884 |
35 | Don Carlo | Camille du Locle, Joseph Méry | 5 pərdəli, italyanca | Teatro Municipale, Modena, 29 December 1886 |
36 | Otello | Arrigo Boito | 4 pərdəli, italyanca | Teatro alla Scala, Milan, 5 February 1887 |
37 | Falstaff | Arrigo Boito | 3 pərdəli, italyanca | Teatro alla Scala, Milan, 9 February 1893 |
Verdi gənc yaşlarında Milan konservatoriyasına Lombardo-Venesiya krallığının vətəndaşı və musiqi istedadı "olmadığına" görə qəbul edilməsə də, indi Milan Dövlət konservatoriyası bəstəkarın adını daşıyır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.