From Wikipedia, the free encyclopedia
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır.
Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həm də ultrabənövşəyi şüalanmadan qorunma təmin edir.
Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər.
Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.[1] Geyimdə istifadə edilə bilən boyalı kətan lifləri Gürcüstan Respublikasında eramızdan əvvəl 34 min il əvvələ aid bir mağarada tapılmışdır.[2]
İnsanların paltar geyinməyə başlaması müxtəlif alimlərin hesablamalarına görə, 40 min ilə 3 milyon il əvvəl arasında dəyişir. Arxeoloqlar və antropoloqların fikrincə, ən erkən geyimlər bədənin üstünə sarılmış və ya bağlanmış xəz, dəri, yarpaq və ya otlardan ibarət idi.
Dəb — Paris 1900–1940-cı illərdə Avropa və Şimali Amerika üçün moda trendlərini təyin etdi. 1920-ci illərdə məqsəd hər kəsin rahatlığını təmin etmək idi. Gündəlik geyimlər beldə bir kəmər və ya belbağı olmaqla, uzunluğu diz və ayaq topuğu arasında müxtəlif ölçüdə ola bilən paltarlar idi. Aksesuarlar daha az diqqəti cəlb edirdi. Saçlar əsasən qısaldılırdı və bu daha gənc görünüş yaradırdı.
Qərb geyim üslubu — Qərbin geyim üslubu son 500 ildən artıq müddətdə daha sürətli inkişaf etdi. Toxuculuq sənayesinin mexanikləşməsi bir çox çeşidlərin əlverişli qiymətlərlə geniş satışa çıxarılmasına şərait yaratdı. XX əsrin ikinci yarısında, mavi cins çox populyarlaşdı. İdman geyimlər də geniş və böyüyən bir bazara çevrildi.
Qərb geyim üslubunda cins geyimlər həm kişilər, həm də qadınlar tərəfindən geyinilir. Cinsin bir neçə tərzləri var: yüksək boylu cins, orta boylu cins, aşağı boylu cins, çəkmə cins, düz cins, kəsilmiş cins, manjetli cins, boyfriend cins və kapri cins.
Əksər mədəniyyətlərdə geyimlərin gender fərqliliyi məqsədəuyğun hesab olunur. Fərqlər üslub, rəng, parça və növlərdədir. Qərb cəmiyyətlərində ətəklər, donlar və hündürdaban ayaqqabılar əsasən qadın geyimləri, qalstuklar isə kişi geyimi kimi qəbul edilir. Şalvar bir zamanlar yalnız kişi geyimi kimi qəbul edilirdi, amma müasir dövrümüzdə hər iki cins tərəfindən geyilə bilər. Hər iki cins tərəfindən geyilə bilmək üçün hazırlanmış geyimlərə uniseks geyim deyilir. Uniseks geyimləri, məsələn, qısaqol köynəklər, müxtəlif bədən ölçülərinə uyğunlaşmaq üçün düz kəsim formasına meyllidirlər.
İnsanlar paltar yuyulmanın bir çox xüsusi üsulunu inkişaf etdirdilər, axan çaylarda qayalara paltar çırpma üsullarından tutmuş elektron paltaryuyan maşınlara və quru təmizliyə qədər (çirkləri sudan başqa həlledicilərdə həll etmək). İsti suda yuma (qaynar), kimyəvi təmizlənmə və ütüləmə, gigiyena məqsədləri üçün sterilizasiya edilən ənənəvi üsullardır.
Bir çox geyimlər qırışları aradan qaldırmaq üçün geyilməzdən əvvəl ütülənmək zərurəti yaradır. Ən müasir rəsmi və yarı-rəsmi geyimlər bu kateqoriyadadır (məsələn, yaxalı köynək və kostyumlar). Ütlü paltarların təmiz, təzə və səliqəli görünməsinə inanılır. Bir çox müasir geyim asanlıqla qırışmayan və ütüləməyi tələb etməyən toxuculuq materiallarından hazırlanmışdır.
Paltarlar yuyulduqdan və ütülədikdən sonra, paltarları səliqəli qalması paltar asılqanlarına qoyulur və ya qatlanır.
Bəzi həşərat və sürfələr geyim və toxuma ilə qidalanır. Bu cür zərərvericilərin qarşısını almaq üçün paltarlar sidr örtüklü şkaflarda[3] və ya sandıqlarda saxlanıla bilər və ya Lavanda və ya naftalin kimi zərərvericilərə qarşə müdafiə xüsusiyyətlərə malik olan ləvazimatlar yerləşdirilmiş siyirmə və ya konteynerlərdə saxlanıla bilər.
İstifadə olunmuş və ya istifadəyə yararlı olmayan geyimlər, parçalar, yorğanlar, kilimlər və bu kimi bir çox evdə istifadə edilən başqa əşyalar yenidən istifadəyə verilə bilər. Neytral rəngli və ya toxunmamış sellüloz lifləri yenidən kağıza çevrilə bilər. Qərb cəmiyyətlərində istifadə olunmuş geyimlər əsasən atılır və ya xeyriyyəçilik üçün verilir (məsələn, təkrar emal qutusu vasitəsi ilə). Bundan əlavə, dükanlarda, geyim agentliklərində, bazarlarda və onlayn auksionlarda satılır. İstifadə olunmuş geyimlər çox vaxt yoxsul ölkələrdə təkrar istifadə üçün sənaye miqyasında toplanır. Qlobal olaraq, istifadə olunmuş paltarların dəyəri 4 milyard dollardır.[4] ABŞ 575 milyon dollar ilə ixracatda liderdir.[5]
Sintetikanın həyat tsikli ilə əlaqədar bir çox narahatlıq var, bunlar əsasən neft-kimya məhsullarından qaynaqlanır.
Paltarın həddən artıq inventarlaşdırılması bəzən marka dəyərini qorumaq üçün məhv edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.