Georgi Çiçerin
From Wikipedia, the free encyclopedia
Georgi (Yuri) Vasilyeviç Çiçerin (rus. Гео́ргий (Ю́рий) Васи́льевич Чиче́рин; psevdonimləri: Ornatski, Batalin, Mixail Şaronov, Osvedomlennıy; 24 noyabr 1872[1][2][…] – 7 iyul 1936[3][1][…], Moskva[3]) — Rusiya marksist inqilabçısı, sovet diplomatı, musiqişünası, RSFSR və SSRİ Xarici İşlər Xalq Komissarı (1918–1930), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin I, II, III IV və V çağırış deputatı, Sov.İKP MK deputatı (1925–1930).
Georgi Çiçerin | |
---|---|
rus. Гео́ргий Чиче́рин | |
| |
10 yanvar 1918 – 21 may 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Maksim Litvinov |
30 may 1918 – 6 iyul 1923 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Anatoli Lavrentiyev[lower-alpha 1] |
6 iyul 1923 – 30 iyul 1930 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Maksim Litvinov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 noyabr 1872(1872-11-24)[1][2][…] |
Vəfat tarixi | 7 iyul 1936(1936-07-07)[3][1][…] (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | hemorragik insult |
Dəfn yeri | |
Milliyyəti | rus, sovet |
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ |
Partiya |
Rusiya Sosial Demokrat İşçi Partiyası (Menşeviklər) (1905–1912) Sovet İttifaqı Kommunist Partiyası (1912–1936) |
Təhsili | Sankt-Peterburq Dövlət Universiteti |
İxtisası | siyasətçi, diplomat, tarixçi, musiqişünas |
Fəaliyyəti | siyasətçi, diplomat, musiqişünas, inqilabçı |
Atası | Vasili |
Dini | Yoxdur; ateizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[5], diplomatiya[5], musiqi[5] |
Vikianbarda əlaqəli mediafayllar |
Çiçerinlər nəslinə bağlı bir ailədə anadan olan Çiçerin Sankt-Peterburq Dövlət Universitetinin Dil və Tarix fakültəsindən məzun olmuş və Rusiya imperiyası Xarici İşlər Nazirliyində işləmişdir. Bu dövrdə marksizmlə tanış olan Çiçerin sosialist qruplarla əlaqə quraraq Almaniya və Rusiyada siyasi fəaliyyət göstərmişdir. O, 1905-ci ildə Rusiya Sosial Demokrat İşçi Partiyasının menşeviklər fraksiyasına qoşulmuşdur.
Çiçerin Birinci Dünya müharibəsi illərində bolşeviklərin müharibə əleyhdarı görüşlərini mənimsədiyi üçün siyasi təzyiqə məruz qalmışdır. O, müharibə əleyhinə təbliğat etdiyinə görə İngiltərədə həbs edilmişdir. Çiçerin 1917-ci ildə Rusiyada gerçəkləşən Böyük Oktyabr Sosialist inqilabından sonra ardından Xarici İşlər Komisarı Lev Trotskinin səyi nəticəsində sərbəst buraxılmış və Rusiyaya qayıtmışdır. O, SSRİ rəhbərləri – Vladimir Lenin və Lev Trotskinin qərarı ilə Xarici İşlər Komissarlığında işləməyə başlamışdır. Çiçerin Trotskinin vəzifəsindən istefa verməsindən sonra 1918-ci ilin mart ayında Xarici İşlər Xalq Komissarı olmuşdur. Georgi Çiçerin vəzifəsi dövründə xarici siyasətdə aldığı qərarlarla önəmli bir şəxs olaraq tanınmışdır. Kominternin birinci qurultayında idarəçi seçilmişdir.
Çiçerin Rusiyada vətəndaş müharibəsi zamanı xarici qüvvələrin müdaxiləsindən sonra sovet iqtidarını möhkəmləndirmək üçün "kapitalist dövlətləri bölmək" məqsədi ilə müxtəlif diplomatik vəzifəni öz boynuna almışdır. O, atəşkəs müqavilələrinin imzalanması və SSRİ hökumətinin bir çox ölkə tərəfindən rəsmi olaraq tanınmasına səbəb olan görüşlər keçirmişdir.
Çiçerin ümumiyyətcə Almaniya tərəfdarı və Böyük Britaniya imperializminin əleyhdarı bir xarici siyasət yürütmüşdür. O, Böyük Britaniya müstəmləkəçiliyinə qarşı bir çox ölkə ilə müqavilələr imzalamışdır. Çiçerin xarici siyasətdə Rusiyanın tarixi mənfəətlərini yeni sovet sistemi ilə birləşdirərək sosializmin dünya səviyəsində genişləməsinə və digər ölkələrdə təbəqələr arası mübarizəyə dəstək vermək hədəfini tərk etmədən qərbin kapitalist gücləri ilə sülhsevər bir münasibəti qoruyub-saxlaya bilmişdir.
Çiçerin getdikcə ağırlaşan xəstəliyinə görə 1930-cu ildə siyasətdən tamamilə çəkilmiş, vəzifəsini isə Maksim Litvinova buraxmışdır. O, 7 iyul 1936-cı ildə Moskva şəhərində hemorragik insult nəticəsində vəfat etmişdir. Çiçerinin meyiti Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.