Güllü Ağalarzadə
Azərbaycanın bədii gimnastı / From Wikipedia, the free encyclopedia
Güllü Ağalarzadə (25 oktyabr 2003) — Azərbaycanı təmsil edən bədii gimnast, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.
Güllü Ağalarzadə | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() Güllü Ağalarzadə 2021-ci ildə | |||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||
Tam adı | Güllü Etibar qızı Ağalarzadə | ||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
||||||||||||||||||||||||||||
Doğum tarixi | (20 yaş) | ||||||||||||||||||||||||||||
Doğum yeri | Azərbaycan | ||||||||||||||||||||||||||||
İdman növü | Bədii gimnastika | ||||||||||||||||||||||||||||
Məşqçisi | Mariana Vasileva, Siyana Vasileva | ||||||||||||||||||||||||||||
Komandası | Ocaq İdman Klubu | ||||||||||||||||||||||||||||
Medallar
|
Güllü Ağalarzadə Azərbaycanı 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2022-ci ildə üç bürünc medala, 2023-cü ildə isə bir qızıl və bir bürünc sahib olub.
Güllü Ağalarzadə həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva [lower-alpha 1], Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.
2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi.