From Wikipedia, the free encyclopedia
Göy Tanrı (Qədim Türkcə: 𐱅𐰭𐰼𐰃 [teŋri]; Monqolca: Хөх Тэнгэр [Xöx Teŋger]; Çincə: 腾格里 [teŋ-ge-li] Türkiyə Türkçəsi : Gök Tanrı ) — göytanrıçı dininin panteonunda baş tanrı.
Türkcə Tanrı/Teŋri və monqolca Teŋger sözləri çincə 撑犁 (çeŋ-li) kəlməsindən hunnular dövründə törənilmişdir. Hunnular bu sözü Çin hərfləri ilə 腾格里 (teŋ-ge-li) kimi, göytürk damğaları ilə isə 𐱅𐰭𐰼𐰃 (Teŋri) kimi yazırdı.
Orxon-Yenisey kitabələrində Tanrı(Allah yox) kimi nəzərdə tutulan Göy Tanrı bütün insanları yaradan və həm də onlara vaxt qoyan (yaşayış müddəti), dünyada hər şeyi öz nəzarətində saxlayan ilahi güc kimi götürülüb. «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd tək imiş, yağısı qoyun tək imiş» (Kültigin abidəsi, şərq tərəf, sətir 12). Və ya: «Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanlını xaqansızlaşdırmış, yağını tabe eləmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş». «Türk oğuz bəyləri, xalqı, eşidin: üstdə Tanrı əzməsə, altda yer dəlinməsə, türk xalqını, elini, qanununu kim dağıdar?» (Kültigin, şərq tərəf, 22). Quranda da hər bialqın yalnız öz yolundan sapdığı halda Allahın qəzəbinə məruz qalması, «zalım qövmü Allahın doğru yola çəkməməsi» haqda ayə var.
Quranda kainatı, bütün insanları Allahın yaratdığı və hər bir kəsin, hətta bitkinin belə taleyinin, yarpağın düşməsinin belə Onun nəzarəti altında olduğu deyilir. Runik abidələrdə də xeyirin və şərin Tanrıdan gəlməsi, bütün məsələlərdə Tanrıya təvəkkül inancının olduğunu görürük: «İnsan övladı hamısı yaranıb ki, Göy tərəfindən qoyulmuş vaxtda ölnəsbir sıra an» abidəs.rast gəlinir. Növbətinhəyatın gözüm görməz tək, bilən biliyim bilməz tək oldu. Özüm düşündüm: «Bəxti Tanrı yazar, insan övladının hamısı ölümlü yaranmış» (Kültigin, şimal tərəf, 10-cu sətir). Ölümdən sonrakı həyat, yəni Qiyamətdə dirilməyə inamın izləri də var deyilən abidələrdə.Qurandaki «Sizi yaradan Odur, O da dirildəcək» fikri və bunun göylərdə olması yenə həmin Kültigin abidəsində belə ifadə olunub: «Göylərdə diri edilənəcən...» (Kültigin, cənub-şərq tərəf, cümlə yarımçıq qalıb). Elə adıçəkilən abidələrdə olan yad qarışıqları atıb, yuxarıdakı örnəkləri götürəndə, belə inanc yaranır ki, bu, bir təktanrılıq inancıdır.
Tanrıçılıqda da cəbr yox, iradə məsələsinin olduğunu görürük. Yəni Tanrı xalqa və fərdə seçim iradəsi verib, hər kəsin hərəkət və ya hərəkətsizliyi, ləyaqətli və ya ləyaqətsiz davranışı taleyin yaxşıdan pisə və əksinə dəyişməsinə səbəb ola bilər. Daha bir diqqətəlayiq məqam ondan ibarətdir ki, Türk xalqına xas bir keyfiyyət var ki, bu Göy Tanrı tərəfindən bəyənilən bir keyfiyyətdir və ondan vaz keçilməsi onun qəzəbinə səbəb olur. Göy Tanrı inancında başını əymək, təslim olmaq təqdir olunmur: «Tabe olduğum üçün Tanrı öl demiş. Türk xalqı öldü, məhv oldu» (Tonyukuk abidəsi, 1-ci daş, 3-cü sətir). Yenə həmin abidədə oxuyuruq: «Tanrı yar olduğu üçün «onlar çoxdur» deyib qorxmadıq». (Tonyukuk abidəsi, 1-ci daş, 40-cı sətir). Bununla yanaşı həmin abidələrdə söz sahibi kimi Yer-Sub, Umay və başqa ilahələrin də adı çəkilir, abidə yazıldığı vaxt artıq Göy Tanrı haqda antropomorfik təsəvvürlərin möhkəm olduğu görünür.
Sonralar Göy Tanrı inancı başqa formada da üzə çıxıb. Məşhur rus alimi Potapov Ayas xan adında görünən göyü təmsil edən bir varlıqdan da bəhs edir. Onun dediyinə görə qamlama zamanı Ayas xanı «aylı kündü Ayas kağan» - aylı-günlü Ayas xan adlandırırlar. Belə çağırış-dualardan birində deyilir: «ağ puluttı ağırqan» - «ağ buludları diyirləyən». Başqa bir yerdə isə «səhər tezdən çıxan Günəş və gecə işıq verən Ayın» onun qərarı və əmri ilə «Ayas kağanın yarqısı» ilə olduğu deyilir. Bu, Quran ayəsi ilə səsləşir: «Günəş və Ay hesab ilədir» (Rəhman, 4). Bir başqa yerdə onun Ayı və Günü hərəkət etdirdiyi deyilir («aydı-kündü yılıştıqan»). Beləliklə, Ayas xan görünən atmosferin və işıqlı səma cisimlərinin ağası kimi təsvir olunur. Belə hesab edilir ki, Ayas xan obrazı Göy Tanrı haqda təsəvvürlərin altaylardakı qalığıdır. Potapovun bir fikrinə isə heç cürə haqq qazandırmaya bilmirsən: «Elə ki qədim türklərin dövləti öz düşmənlərinə məğlub olmağa başladı, Tanrı kultu da zəiflədi və ikinci dərəcəli göy ilahları meydana çıxmağa başladı».
Türk mifoloji qaynaqlarında tanrıçılıqdan qalanlar isə belədir. Dünyanı on yeddi ilah idarə edir. Bunlar aşağıdakılardır: Göy Tanrı, Yer-Sub, Umay,Erlik, Yer, Su, Od, Günəş, Ay, Ulduz, Hava, Bulud, Külək, Qasırğa, Şimşək və İldırım, Yağış, Göy Qurşağı (monqollarda bir qədər fərqlidir, onlar kainatı 99 ilahənin idarə elədiyini düşünürdülər). Göy Tanrını ədalətli, mərhəmətli, bağışlayan, amma yeri gələndə cəza verən kimi təsəvvür edirdilər. Ona yalvaranda əlləri yuxarı tutar, diz çöküb səcdə edərdilər. Dua edərdilər ki, Tanrı can sağlığı və ağıl versin, ədalətli mübarizədə onlara qələbə nəsib eləsin. Başqa məsələlərdə yardımı Tanrıdan istəməzdilər. Tanrıya köməkçilər qoşulmuşdu və hər sahədə duanın konkret ünvanı vardı.
Qədim türklər onu da düşünürdülər ki, insan özü aktiv olmalıdır. Çünki Tanrı ona sayğı ilə yanaşanlara və çalışqanlara yardım edir. Tanrının həm də xaqanlara taxt-tac və ağıl verməsi inancı vardı. «Bilgə xaqan» abidəsinin özündə belə Tanrı ilə yanaşı alternativ güc mənbələrindən də yardım istəndiyi görünür: «Atamın ölümündən sonra türk Tanrısının və türk müqəddəs Yer-Subunun yardımı ilə özüm xaqan oldum». «Göydə türk Tanrısı və türk müqəddəs Yer-Subu dedilər: «Qoy türk xalqı ölməsin, məhv olmasın. Xalq olsun».
«Yer-Sub» dedikdə türklər görünən dünyanı düşünürdülər və «Yer-Sub» bəzən Vətən anlamına da gəlirdi. Belə düşünülürdü ki, Vətənin insan üzərində haqqı var. Vətənə xəyanətdən ona görə çox qorxardılar. Çünki Yer-Subun hallallığı olmadan insanın xoşbəxt ola biləcəyini düşünə bilmirdilər. Bu və ya digər xalq haqqında Tanrı qərar çıxaranda isə Vətəndən də rəy soruşulması hər kəsi diqqətli olmağa məcbur edirdi. Qədim türklər Yer-Subu qadın olaraq təsəvvür edirdilər. Bəlkə də «ana vətən», «ana torpaq» ifadələri də o inancdan qalıb.
Başqa bir ilahə olaraq isə Humay qəbul edilmişdi. Onu qadın kimi təsəvvür edirdilər və sanırdılar ki, bu xeyirxah ilahə Göy Tanrının zövcəsidir. Humayın göydə yaşadığı güman edilirdi. Hesab edilirdi ki, Humay insanlara şüa saçır. Bu şüa insanın bədəninə daxil olur və ölənədək orada qalır. Bu, bir enercidir. Qədim türklər Humaya ev heyvanlarından qurban kəsməzdilər. Onun üçün ət və süd yeməkləri bişirərdilər. Qədim türk dövlətlərinin süqutu ilə Humay ilahə də transformasiyaya uğradı və indi Altay türklərində doğan qadınların və çağaların hamisi statusunda qalıb. Düşünürlər ki, Humay ana olmasa, pis ruhlar gedib ana bətnində belə uşağa zərər vura bilər.
Yer. Qədim türklər Yer ilahəsini də Göy Tanrının həyat yoldaşı sayırdılar. Qədim türk mifoloji təsəvvürlərində (monqollarda da belədir) insanları Tanrının Yer ilahəsi ilə nikahının nəticəsi kimi götürürdülər. Hesab edirdilər ki, Yer ana kimi insanı doyurur. Öləndə isə öz ağuşuna alır. Yazda təsərrüfat ili öncəsi və payızda – məhsul yığımından sonra Yerə təşəkkür edərdilər – süd, qımız və çayı yerə çiləməklə.
Su. Qədim türklər Suyu Yerin böyük bacısı sayırdılar. Çünki kosmoqonik əfsanəyə görə, əvvəlcə təkcə Su varmış. «Səma ördəyi» suya baş vurub oradan qum, gil və lil çıxarıb. Nəticədə quru - Yer yaranır. Bundan sonra Tanrı torpaqdan kişi, kişinin qabırğasından isə qadın yaradır.
Od. O vaxtkı türklər Odu Tanrının nəvəsi, Günün oğlu hesab edirdilər. Yerdə yaşasa da, öləndən sonra tüstü şəklində göyə getməsi ata-babaya doğru hərəkət sayılırdı.
Gün. Tanrının Yerdən olan oğlu sayılırdı. Qədimlərdə türklər arasında Günəşi qarşılama mərasimi də vardı. Hunlar çadırın üzünü Günə tərəf qurardılar. Qədim türklər dua edəndə üzlərini Günə tərəf tutardılar.
Ay. Göy Tanrının Yerdən olan qızı sayılırdı.
Qədim türklərdə tanrıçılığın o qədər də qədim olmadığını düşünmək olar. Çünki türk mifologiyasında evli olaraq təkcə Göy Tanrıdan söz açılır. Amma qədim yunanlar hələ eramızdan 8 -10 əsr əvvəl həddi-büluğa çatmış bütün «allah»larını evləndirmiş, qudalıq əlaqələri qurmuş, üstəlik, insanlarla da nikah əlaqəsinə girməyə «macal tapmışdılar».
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.