"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır.

Cəld faktlar Görüş yerini dəyişdirmək olmaz, Janr ...
Görüş yerini dəyişdirmək olmaz
rus. Место встречи изменить нельзя
Thumb
Janr detektiv
macəra
cinayət
döyüş
müəmma
Əsas mövzu mütəşəkkil cinayətkarlıq
Rejissor Stanislav Qovoruxin
Prodüser Cemila Panibrat
Əsərin müəllifləri Georgi Vayner
Arkadi Vayner
Ssenari müəllifləri Georgi Vayner
Arkadi Vayner
Baş rollarda Vladimir Vısotski
Vladimir Konkin
Sergey Yurski
Viktor Pavlov
Natalya Fatyeva
Leonid Kuravlyov
Svetlana Svetliçnaya
Aleksandr Belyavski
Yevgeni Yevstiqneyev
Yekaterina Qradova
Operator Leonid Burlaka
Bəstəkar Yevgeni Gevorqyan
Rəssam Valentin Gidulyanov
İstehsalçı Odessa kinostudiyası
İlk baxış tarixi 11 noyabr 1979[1]
Filmin növü çoxseriyalı bədii film
Müddət 360 dəqiqə
Ölkələr SSRİ SSRİ
Dil rus dili
İl 1979
Bölüm sayı 5
Texniki məlumatlar 5 hissə
Rəng rəngli
Çəkiliş yeri Moskva, Odessa
IMDb ID0078655
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Məzmun

Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir. Filmin çəklişində Vladimir Vısotski, Vladimir Konkin, Zinovi Gerdt, Svetlana Svetliçnaya, Sergey Yurski, Aleksandr Abdulov və digərləri kimi Sovet kinosunun ulduz simaları iştirak edib.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.