FİFA 100
From Wikipedia, the free encyclopedia
FİFA 100 — Ölkələrarası Futbol Federasiyası olan FİFAnın 4 mart 2004-cü ildə Londonda baş tutan yüzüncü il yubileyidir. Mərasimdə eyni zamanda aralarında dünya şöhrətli braziliyalı futbolçu Pelenin də olduğu, müxtəlif millətlərdən futbol adamları FİFA 100 adı altında dünyada yaşayan ən yaxşı futbolçuları seçmişlər. Ancaq 100 ədədi siyahıdakı futbolçuları təmsil etmir, çünki Pele bu ədədi 100 ilə məhdudlaşacağının çox çətin olduğunu demişdir. Siyahı peşəkar 123 kişi və 2 qadın futbolçudan təşkil olunmuşdur. (Qadın idmançılar ABŞ-lı Miçele Akers və Mia Hammdır.) FİFA 100 siyahısı hələ də futbolla məşğul olan 50 və futbola əlvida deyən 75 futbolçudan ibarətdir.[1]