From Wikipedia, the free encyclopedia
Frensis Fukuyama (/ˌfuːkuːˈjɑːmə, -kəˈ-/, 27 oktyabr 1952[1][2][…]) — yapon əsilli ABŞ yazıçısı, filosof və siyasi iqtisadçı. Stenfordda demokratiya, inkişaf və qanunun aliliyi mərkəzinin böyük elmi işçisi. Bundan əvvəl o, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində professor və Beynəlxalq İnkişaf Proqramının direktoru olub. 2012-ci ilin fevral ayından Stanford Universitetində Freeman Spogli Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisidir[3].
Frensis Fukuyama | |
---|---|
ing. Francis Fukuyama | |
Doğum adı | Yoshihiro Francis Fukuyama |
Doğum tarixi | 27 oktyabr 1952[1][2][…] (72 yaş) |
Təhsili | |
Fəaliyyəti | yazıçı, politoloq, bloger[d], iqtisadçı, filosof, fotoqraf |
Tanınmış əsərləri | |
fukuyama.stanford.edu | |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildə yazdığı "Tarixin sonu və sonuncu insan" əsəri ilə məşhurluq qazanıb. Burada o, liberal demokratiyanın bütün dünyada yayılmasının bəşəriyyətin sosial-mədəni təkamülünün son nöqtəsinə olacağını və insan hakimiyyətinin son formasına çevrilə biləcəyini elan etdi. Onun əsəri 20-dən çox dilə tərcümə olunaraq elmi ictimaiyyətdə və mediada ən geniş əks-sədaya səbəb olmuşdur. Kitabın nəşrindən bəri çoxsaylı hadisələr onun irəli sürdüyü ideyanın doğruluğunu şübhə altına almasına baxmayaraq, Fukuyama hələ də "tarixin sonu" konsepsiyasına sadiq qalır. Bununla belə, onun bəzi siyasi baxışları əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır: beləliklə, o, yeni minilliyin əvvəlində karyerasının başlanğıcında tərəfdarı olduğu Amerika siyasətindəki neokonservativ hərəkatdan ayrılmışdır.
Frensis Fukuyama Çikaqo şəhətinin Hayd park rayonuda anadan olub. Onun atası tərəfindən olan babası 1905-ci ildə Rus-yapon müharibəsindən ABŞ-nin qərbi sahilinə qaçıb, İkinci Dünya Müharibəsi zamanı yaponlar üçün konsentrasiya düşərgəsinə düşmüşdü.[4] Amerika yaponlarının ikinci nəsilinə aid olan, Frensis Fukuyamanın atası Yoşio Fukuyama (福山喜雄) Konqreqasiya Kilsəsində keşiş təlimini keçib, Çikaqo Universitetində sosiologiya doktorantı olub, dinşünaslıq öyrədirdi.[5][6][7] Anası Toşiko Kavata Fukuyama (河田敏子) isə Yaponiyanın Kioto şəhərində anadan olub. Toşikonun atası Şiro Kavato (河田嗣郎) Kioto Universitetinin İqtisadi Şöbəsinin banisi və Osaka Şəhər Universitetinin ilk Prezidenti olmuşdu.[8] Frensiz uşaqlığını Manhettendə keçirtdiyinə görə, onun yapon mədəniyyəti ilə əlaqələri az idi və beləliklə o, yapon dilini öyrənməmiş.[5][6] 1967-ci ildə onun ailəsi Pensilvaniya ştatının Steyt Kollec bələdiyyəsinə köçüb.[8]
Frensis Kornell Universitetində Allan Blumdan siyasi fəlsəfəni oxuyub, orda bakalavr dərəcəsini almışdı.[6][9] Əvvəlcə Yale Universitetində müqayisəli ədəbiyyatşünaslıq üzrə aspiranturaya daxil oldu, Parisə səfər etdi, burada altı ay Rolan Bart və Jak Derriddən dərs aldı, lakin seçilmiş elmi tədqiqat istiqamətindən məyus olaraq ABŞ-yə qayıtdıqdan sonra, Harvard Universitetində politoloqiya sahəsinə keçdi.
Müdafiədən qısa müddət sonra Fukuyama Kaliforniya və Los Anceles universitetlərində qonaq müəllim kimi işləməyə dəvət alır. 1981–1982-ci illərdə (daha sonra 1989-cu ildə) F. Fukuyama ABŞ Dövlət Departamentində əvvəlcə Yaxın Şərq siyasəti üzrə mütəxəssis, sonra isə Avropa hərbi-siyasi məsələlər üzrə direktor müavini vəzifələrində çalışmış, ABŞ-də Amerika nümayəndə heyətinin üzvü olaraq Livanda Fələstin Muxtariyyəti ilə bağlı danışıqlarda iştirak etmişdir.
"Tarixin sonu?" adlı məqalənin dərcindən sonra əldə edilən böyük uğurdan sonra Fukuyama kitab yazmağa diqqətini cəmləmək üçün Dövlət Departamentindən çıxmaq qərarına gəldi. Bundan sonra o, 1996–2000-ci illərdə Corc Meyson Universitetinin Dövlət Siyasəti Məktəbində dövlət siyasəti üzrə professor vəzifəsində çalışıb. 2001–2004-cü illərdə ABŞ Prezident yanında Bioetika Şurasının üzvü olub. 2010-cu il iyulun 10-dək Vaşinqtonda Cons Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində Beynəlxalq Siyasi İqtisadiyyat professoru və Beynəlxalq İnkişaf Proqramının direktoru vəzifəsində çalışıb. 11 iyul 2022-ci ildə Rusiya müxalifətinin lideri Aleksey Navalnı Frensis Fukuyamanın Korrupsiyaya Qarşı Mübarizə Fondunun beynəlxalq antikorrupsiya təşkilatının Müşahidə Şurasına üzv olacağını elan etdi[10].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.