Françesko Kavalli (14 fevral 1602[1][2][…], Krema[d], Kremona əyaləti[3][4]14 yanvar 1676[1][5][…], Venesiya[3][4]) — əsl adı Pietro Françesko Kaletti-Bruni olan və erkən barokko dövrünə aid olan italyan bəstəkarı. Kavalli əslində bəstəkarın ağası Federiko Kavalliyə soyadı idi.

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Françesko Kavalli
it. Pietro Francesco Cavalli
Thumb
Ümumi məlumatlar
Doğum tarixi 14 fevral 1602(1602-02-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 yanvar 1676(1676-01-14)[1][5][…] (74 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti orqan ifaçısı[d], opera bəstəkarı, kapelmeyster, bəstəkar
Fəaliyyət illəri 1616-cı ildən
Janr opera
Musiqi aləti orqan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Kavalli dövründə İspaniyaya məxsus olan Lombardiya əyalətinin Krema şəhərində anadan olmuşdu. 1616-cı ildən bəri Venesiyanın Müqəddəs Mark bazilikasında əvvəl ifaçı, sonra orqanist sonra da kapellanın rəhbəri kimi çalışmışdı. Kavalli əsasən opera bəstəkarı kimi tanınmışdı. İlk opera bəstəsini ("Le nozze di Teti e di Peleo") 1639-cu ildə, Venesiyanın ilk opera evi San-Kassiano teatrının açılmasından bir qədər sonra yazmışdı. 1660–1662-ci illərdə Parisa təcrübəyə göndərilmiş və orada "Ercole amante" operasını yazmışdı. 1676-cı ildə Venesiyada 72 yaşında vəfat etmişdi.

Kavalli bəstələrinə melodik ariyalar, librettolarına isə xalq musiqisi nümunələrini daxil edirdi. Onun operaları güclü dramatik effektç böyük musiqi asanlığı və italyan operasına xas olan qroteskli yumor ifadə edir. Kavalli dövrün və məkanın yeganə bəstəkarıdır ki, yaradıcılığı eyni janrda davamlı şəkildə inkişaf etsin. Həmin yaradıcılıq elmi baxımından maraq yaradır, çünki XVII əsrdə opera hələ də yeni janr hesab olunurdu. Kavallinin yaradıcılıq dövrünün sonuna qədər opera artıq populyar və sevilən tamaşaya çevrilmişdi.

Kavalli ümumiyyətlə 41 operanın müəllifidir. Onlardan 24-ü hal-hazırda Venesiyada Müqəddəs Mark kitabxanasında saxlanılır. Bəzi operaların nüsxələri ayrı yerlərdə də tapılmışdı.[6]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.