![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/db/Flag_of_French_Polynesia.svg/langaz-640px-Flag_of_French_Polynesia.svg.png&w=640&q=50)
Fransız Polineziyası
Fransanın dənizaşırı kollektivliyi və təsisçi ölkəsi cənubi Sakit okeanın mərkəzində yerləşir / From Wikipedia, the free encyclopedia
Fransız Polineziyası (fr. Polynésie française, taiti Pōrīnetia farāni) — Fransanın dənizaşırı kollektivliyi və təsisçi ölkəsi cənubi Sakit okeanın mərkəzində yerləşir. Qərbdən — Kuk Adaları suları ilə, şimal-qərbdən — Kiribati Respublikası ilə, şimaldan, şərqdən və cənubdan — neytral Sakit okean suları ilə, cənub-şərqdən — Pitkern suları ilə həmsərhəddir.
Fransız Polineziyası | |||||
---|---|---|---|---|---|
fr. Polynésie française | |||||
| |||||
Tahiti Nui Mare’are’a | |||||
![]() |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Papeete | ||||
Sahəsi | Dünyada 173-cü | ||||
• Ümumi | 4167 km² | ||||
• Su sahəsi (%) | 12 | ||||
Əhalisi | |||||
• Əhali | 280 min nəfər (184-cü) | ||||
• Siyahıyaalma (2012) | 268 270 nəf. | ||||
• Sıxlıq | 67 nəf./km² (130-cu) | ||||
Valyuta | CFP Franqı | ||||
İnternet domeni | .pf | ||||
ISO kodu | PF | ||||
Telefon kodu | +689 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
![]() |
Buraya arxipelaqlar daxildir: Cəmiyyət adaları, Tuamotu adaları, Markiz adaları, Tubuai adaları, Tuamotunun yaxınlığında olan Qambye adalarını ayrıca ayırır, əslində Tuamotunun ayrı bir hissəsi. Ümumi sahəsi — 4,167 km², əhalisi — 281 674 nəfərdir (2017-ci ildə təxmin edildiyi kimi). Siyasi və inzibati mərkəz Taiti adasındakı Papeete şəhəridir (Fransız Polineziyasının ən böyük adası, 1 min km²).
Fransız Ali Komissarlığı tərəfindən idarə olunur. Yerli hakimiyyət orqanları — Nazirlər Şurası və ərazi məclisi.