![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/6/68/Fle%25C5%259F_t%25C9%2599bli%25C4%259Fat_afi%25C5%259Fas%25C4%25B1.jpeg/640px-Fle%25C5%259F_t%25C9%2599bli%25C4%259Fat_afi%25C5%259Fas%25C4%25B1.jpeg&w=640&q=50)
Fleş (teleserial, 2014)
2014-cü ildə Qreq Berlanti, Andreu Kreisberq və Qeof Cons tərəfindən DC Comics-dəki eyni adlı obraz əsasında yaradılmış super qəhrəman, döyüş və dram teleserialıdır / From Wikipedia, the free encyclopedia
Fləş (ing. The Flash) — 2014-cü ildə Qreq Berlanti, Andreu Kreisberq və Qeof Cons tərəfindən DC Comics-dəki eyni adlı obraz əsasında yaradılmış super qəhrəman, döyüş və dram teleserialıdır. Bu serial Ox serialının spin-off versiyasıdır. Serial Qrant Qastin tərəfindən oynanılmış cinayət hadisələrinə dərhal müdaxilə edə bilən və güclü super sürətə malik olan Ellen adlı gənc oğlandan bəhs edir.
Fləş | |
---|---|
The Flash | |
![]() | |
![]() Serialın təbliğat afişası | |
Janr |
Super qəhrəman Döyüş Dram Mistika |
Əsaslanır | DC Comics-dəki eyni adlı obraz əsasında |
İlk baxış tarixləri | 7 oktyabr 2014 |
Prodüser |
C.P. Finn Emili Silver Bruk Roberts Qlen Vinter |
Yaradıcısı |
Qreq BerLanti Andreu Kreisberq Qeof Cons |
Ssenarist |
|
Rollarda |
Qrant Qastin Kandise Palton Danielle Panabarker Rik Kosnet Karlos Valdes Tom Kavanaq Cessi L. Martin Keinan Lonsdel |
Bəstəkar | Bleyk Nili |
İstehsalçı ölkə |
![]() |
İl | 2014 |
Studiya |
Bonanza Productions Berlanti Productions Warner Bros. Television DC Entertainment |
Dil | İngiliscə |
Növü | Teleserial |
Rəng | rəngli |
Mövsüm sayı | 9 |
Seriya sayı | 184 |
Seriya vaxtı | 42-45 dəqiqə |
Davametmə müddəti | 7 oktyabr 2014-indiyədək |
Telekanal | The CW |
IMDb | ID3107288 |
cwtv.com/shows/the-flash/ | |
![]() |
Bu obraz ilk olaraq Ox serialının üç seriasında göründü. Sonradan isə yaradıcılar buna aid yeni bir serial istehsal etmək barədə qərar qəbul etdilər. Aktyor seçiminə gəldikdə isə rol bu rolu Ox-da ifa etmiş Qrant Qastinə verildi. Ox serialının kostyum dizaynçısı Kolin Atvud eyni zamanda Fləş üçündə kostyum seçiminə cəlb edildi. Yaradıcılar Fləşin komiksdəki kimi olmasını istəyirdilər. Çəkilişlər Kanadanın Vankuver səhərində başladı.
Fləş Şimali Amerikada 7 oktyabr 2014-cü ildə yayımlanmağa başladı. Qısa vaxt ərzində reytinq toplayan, tənqidçilərin müsbət mövqeyini qazanan və "Xalqın Seçimi Mükafatı"na layiq görülən serial növbəti fəsil üçün qərar verildi.[1] 8 yanvar 2017-cü ildə The CW kanalı dördüncü fəsilin olacağını bildirdi.[2][3]