From Wikipedia, the free encyclopedia
Firdaus Qilmitdinovna Xisamitdinova (başq. Фирҙәүес Ғилметдин ҡыҙы Хисаметдинова; 1 yanvar 1950[1], Rəhmət, Başqırd MSSR – 2 oktyabr 2023[2], Ufa[2]) — Rusiya dilçisi, başqırd dili üzrə mütəxəssis, filologiya elmləri doktoru (1993), professor (1994), ictimai və dövlət xadimi. Başqırdıstan respublikasınn əməkdar elm xadimi (2003), Rusiya Federasiyasının əməkdar elm xadimi (2008), Başqırdıstan Elmlər Akademiyasının muxbir üzvü (2016). Direktor (2005–2015), 2016-cı ildən Rusiya Elmlər Akademiyası Ufa federal tədqiqatlar mərkəzində tarix, dil və ədəbiyyat institunun elmi rəhbəri.
Xisamitdinova Firdaus Qilmitdinovna 1 yanvar 1950-ci ildə Başqırdıstan MSSR-nın Abzelilovsk (başqırdca Əbyəlil) rayonunun Rəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə Beloret Pedoqoji Texnikumunu bitirmişdir. 1974-cü ildə Başqırdıstan Dövlət Pedoqoji İnstitutunu (BDPİ) bitirmişdir. 1976-cı ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1978–1985-ci illərdə Ufa REA-nın Tarix, Dil və Ədəbiyyat İnstitunuda baş elmi məsləhətçi işləmişdir. 1980-ci ildə namizədlik,1993-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş və professor elmi adını almışdır. 1985-ci ildən başlayaraq Başqırdıstan Dövlət Pedaqoji İnstitutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1985–1992-ci illərdə Başqırdıstan Dövlət Pedoqoji İnstitutunun Başqırd dili kafedrasının müdiri, daha sonra həmin fakültənin dekanı işləmişdir. 1994–1999-cu illərdə Başqırd Dövlət Qurultayının I çağırış deputatı olmuşdur. 1996–1998-ci illərdə Başqırdıstan Respublikasının Qadınlar Birliyinin sədri olmuşdur. 1995-ci ilin mart ayından 1998-ci ilə qədər Başqırdstanın Xalq təhsili naziri olmuşdur. Nazir olarkən F. Q. Xisamitdinova respublikada təhsilin vəziyyətini diqqətlə təhlil etmiş, Rusiya Federasiyasının digər subyektlərinin və xarici ölkələrin təcrübəsini öyrənmişdir. Bu da ona 1999–2003-cü illərdə Başqırdıstan Respublikasında təhsilin inkişafı Konsepsiyası və Proqramı layihəsini hazırlamağa imkan vermişdir. 1998-ci ildən yenidən UEM REA-nın Tarix, Dil və Ədəbiyyat İnstitutunda direktor müavini vəzifəsində işləməyə başlamış, 2005-ci ildən isə onun direktoru təyin edilmişdir. Alim bir sıra beynəlxalq elmi layihələrdə rəhbər və məsul icraçı kimi fəal iştirak etmişdir — əcnəbilər üçün başqırd dili dərsliyinin hazırlanması və Rusiyada İslam dininin öyrənilməsi üçün İNTAS layihələrində (Belçika), "İncil"in tərcüməsi İnstitutu (Stokholm) Beynəlxalq Tədqiqatlar Təşkilatının layihəsində və s. Budapeşt, Berlin, Almatı, Yaponiya, Fransa, Almaniya və Türkiyədə keçirilən onlarla yüksək səviyyəli beynəlxalq forumlarda iştirak etmişdir. Daimi Beynəlxalq Altay Konfransının (PIAC), Beynəlxalq Türkoloqlar Konqresinin və digərlərinin daimi iştirakçısı olmuşdur. Firdaus Xisamitdinova 2000–2003-cü illərdə — Başqırdıstan Qadınlar Cəmiyyətinin və Dünya Başqırdlar Qurultayının Qadınlar Komissiyasının sədri olmuşdur. Rusiyada qadın hərəkatının fəal iştirakçısı kimi Dünya Qadınlarının Beynəlxalq Forumunun (Havana, 1998), Türk Dünyası Qadınlarının I və II Qurultaylarının (Ankara, 2001, 2003), Azərbaycan Qadınlarının Beynəlxalq Konfransında (Bakı, 2002) iştirak etmişdir. 2 oktyabr 2023-cü ildə Ufada vəfat etmişdir. Elmi fəaliyyəti Firdaus Xisamitdinovanın elmi fəaliyyətinin əsas istiqamətini tarixi fonetika, onomastika, mifologiya, etnolinqvistika və rusdilli auditoriya üçün başqırd dilinin tədrisi metodları, Başqırdıstanın tarixi və mədəniyyəti problemləri təşkil edir. Onun 200-ə yaxın elmi və elmi-metodiki əsəri, monoqrafiyası, lüğəti, dərs vəsaiti, dərslikləri, antologiyaları, proqram və məqalələri çap olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.