Filler
From Wikipedia, the free encyclopedia
Filler (mac. fillér) — 1892-ci ildən 1999-cu ilə qədər dövriyyədə olan Macarıstanın xırda sikkəsi.
Müxtəlif dövrlərdə filler Avstriya-Macarıstan kronu, Macarıstan kronu, pengö və forintin yüzüncü hissəsi olmuşdur. Adı "dörd" mənasını verən Vierer alman sözündən gəlir, bu termin həmçinin 4 kreytser dəyərində olan Avstriya-Macarıstan sikkəsinin adı idi.
Son fillerlər 1999-cu ildə zərb olunmuşdur, hal-hazırda real pul dövriyyəsində iştirak etmirlər, lakin yenə də Macarıstan forintinin ayrılmaz hissəsi hesab olunurlar.