Feterston əsir düşərgəsi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Feterston əsir düşərgəsi (ing. Featherston prisoner of war camp) – İkinci dünya müharibəsi zamanı əsir düşən yapon əsgərlər üçün Yeni Zelandiyanın Feterston qəsəbəsində yaradılmış əsir düşərgəsi. Burada 800-dən yapon əsir saxlanılmışdır. Onların çoxu Cənubi Sakit okeanda əsir düşən yapon əsgərlər idi.
Əsir düşərgəsi 1943-cü ildə baş vermiş Feterston insidentinə görə tanınır. Yaponlarla mühafizəçilər arasında baş verən qarşıdurma zamanı mühafizəçilər əsirlərə atəş açmış, nəticədə, 48 yapon ölmüşdür.
Feterston əsir düşərgəsi 1942-ci ilin sentyabrında ABŞ ordusunun tələbi ilə Feterston qəsəbəsində yaradılmış və yapon əsirlər üçün nəzərdə tutulmuşdur.[1] 1942–43-cü illərdə Yeni Zelandiya hökuməti Quadalkanaldan 868 yapon əsir qəbul etmişdir.[1] Onlar Feterston əsir düşərgəsinə gətirilmiş və burada alaqlama, əkinçilik, mebel hazırlama kimi işlərdə işlədilmişdirlər.[1] Bir çoxu öz taleləri ilə barışsa da, bəzi əsirlər intihar etməyə cəhd etmişdirlər.[1]
25 fevral 1943-cü ildə 240 yapon əsirdən ibarət qrup kompaundlarından çıxmayaraq işləməyəcəklərini bildirmiş və tətil elan etmişdir.[1] Silahlı mühafizəçilər içəriyə daxil olsalar da, yaponlar çıxmaqdan imtina etmişdirlər.[1] Düşərgənin adyutantı əsirlərdən biri olan leytenant Adaçini vurmuş və bunu görən yaponlar mühafizəçilərə hücum etmişdirlər.[1] Atəş əmri verilməməsinə baxmayaraq, mühafizəçilər onlara daş atan yaponlara tüfəng və pulemyot tapançalarla atəş açmağa başlamışdırlar.[1] Otuz saniyə çəkən atışmadan sonra 31-i dərhal, 17-si daha sonra olmaqla 48 yapon ölmüş, 74 yapon isə yaralanmışdır.[1] Yeni Zelandiya tərəfindən isə bir nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.[1]
İnsidentlə bağlı baş tutan hərbi məhkəmə Yeni Zelandiyanın tərəfini dəstəkləmiş, Yaponiya hökuməti məhkəmənin qərarını tanımamışdır.[1]
Müharibədən sonra Feterstona qayıdan ilk keçmiş müharibə əsiri 1974-cü ildə düşərgə ərazisinə gələrək ölən yaponlar üçün büxur yandırmışdır.[1] Yaponiya hökumətinin dəstəyi ilə 1976-cı ildə düşərgə ərazisində memorial yaradılmışdır.[1] Ərazidə yerləşdirilmiş xatirə lövhəsinin üzərində yapon və ingilis dillərində Matsuo Başoya aid hayku yazılıb:[1]
Seyr et yay otlaqlarını Geriyə qalan tək şey Döyüşçülərin arzuları |
Vinsent Osullivan insident haqqında "Şuriken" adlı pyes yazmış, bu əsər 1983-cü ildə tamaşaya qoyulmuşdur.[1] 2002-ci ildə rəssam Robin Vayt düşərgə haqqında 12 paneldən ibarət işini sərgiləmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.