Fernandu-di-Noronya
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Fernandu-di-Noronya[1] (port. Fernando de Noronha) — Vulkan məhşəlli adalardan ibarət olan və Braziliyanın əsas hissəsindən 350 km şimal-şərqdə yerləşir. Arxipelaq 21 adadan ibarətdir. İnzibati cəhətdən Pernambuku ştatı ərazisinə daxildir.
Fernandu-di-Noronya | |
---|---|
port. Fernando de Noronha | |
Ümumi məlumatlar | |
Adaların sayı | 21 |
Ümumi sahəsi | 26 km² |
Hündür nöqtəsi | 756 m |
Əhalisi | 3.108 nəfər (2009-cu il) |
Yerləşməsi | |
3°54′00″ c. e. 32°25′00″ q. u.HGYO | |
Ölkə | Braziliya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaqın sahəsi 26 km² təşkil edir, bunun 17 km² sahə əsas adanın ərazisini təşkil edir. Ən hündür nöqtəsi 756 metrdir.
|
|
|
|
|
|
İqlimi tropikdir: yanvardan avqusta qədər yağış mönsümüdür. Avqustdan yanvara qədər isə quraq iqlim hakimdir. Ada ot, yabanı üzüm, kol və Atlantik meşəsi ilə örtülmüşdür.[2] Heyvanlar aləmi tısbağa, delfin və dəniz quşlarından ibarətdir. Endemik canlıları — Elaenia ridleyana və Vireo gracilirostris.
2001-ci ildə Fernandu-di-Noronya arxipelaqı və Rokas atolu UNESCO Ümumdünya İrsi siyahısına daxildir.
Arxipelaq 1501 və ya 1502-ci ildə portuqal ekspedisiya rəhbəri Qaşpar Lemuş və ya Qonzalo Koelu tərəfindən kəşf edilmişdir. Adalar ekspedisiyanı maliyyələşdirən yahudi Fernandu-di-Noronyanın şərəfinə adlandırılmışdır. 1 iyun 2009-cü ildə Arxipelaqdan 650 km şərqdə Airbus A330–203 sərnişin təyyarəsi qəzaya uğramışdır. Rio-de-Janeyrodan Parisə istiqamətlənən, Air France şirkətinə məxsus təyyarə pis hava səbəbindən qəzaya uğramışdır. Göyərtəsində olan 228 nəfrin hamısı həlak olmuşdur.
2009-ci ildə arxipelaqın əsas adasında 3 100 nəfər yaşayırdı.[3] Digər adalar insanlar tərəfindən ziyarət edilsə də, daimi yaşayış yoxdur.
Turistlər arasında arxipelaq dayvinq və serfinq kimi idman növlərinə görə məşhurdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.