Feriye sarayı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Feriye sarayı — Boğaziçi sahilində indiki Beşiktaş mahalı ilə Ortaköy mahalı arasında Çırağan küçəsi boyunca uzanan Osmanlı saraylarının köhnə adıdır. Bu gün saraylar müxtəlif qurumlar tərəfindən təhsil məqsədləri üçün istifadə olunur. Boğaziçi sahillərində Osmanlı sülaləsi üçün inşa edilən ilk saray 1856-cı ildə istifadəyə verilən Dolmabahçe Sarayı idi. Daha sonra 1872-ci ildə Çırağan sarayı tikildi. Lakin bu iki saray Osmanlı ailəsi üçün kifayət etmədikdə, Çırağan Sarayı ilə Ortaköy məscidi arasındakı sahil zolağında əlavə binalar tikildi. Balyan ailəsinə mənsub memarlar tərəfindən tikilən bu binalar ikinci dərəcəli tikililər və ya yan binalar mənasını verən Feriye sarayları adlanırdı.[1]
Feriye sarayı | |
---|---|
Feriye Sarayı | |
Ümumi məlumatlar | |
Memarlıq üslubu | Osmanlı memarlığı |
Ölkə | |
Koordinatlar | 41°02′44″ şm. e. 29°01′13″ ş. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |
Dəniz kənarında üç əsas binadan, cariyələr palatası və kiçik iki mərtəbəli binadan ibarət binalar qrupunun arxasında yol kənarında əlavə tikililər var. Bu saraylarda sultanın münasib hesab etdiyi sülalə üzvləri və qış mənzili olmayan insanlar yaşayırdılar. Sarayların sahəsi təxminən 3.000.000 m2-dir. 30 may 1876-cı il çevrilişi ilə taxtdan endirilən Əbdüləziz 4 gün Topkapı sarayında qaldı və qaldığı yerdən razı qalmadığı üçün Feriye Sarayına köçürüldü. Lakin Feriye Sarayında məskunlaşdıqdan az sonra 4 iyun 1876-cı ildə tikdirdiyi bu sarayda biləkləri kəsilmiş halda tapıldı.[2] 1924-cü il martın 3-də xilafət ləğv olunana qədər bu saraylarda Osmanlı xanədanının müxtəlif nümayəndələri yaşayıblar. Sülalə üzvləri xaricə qovulduqdan sonra bir müddət boş qalan sarayların təhsil müəssisələrinin istifadəsinə verilməsi qərara alınıb. 1927-ci ildə binaların bir hissəsində Ali Dəniz Məktəbi yerləşirdi. Kabataş Oğlan Liseyi də 1928-1929-cu tədris ilində Feriye Saraylarının başqa bir hissəsinə köçürüldü. 1967-ci ildə Qalatasaray Liseyinə qızlar qəbul olunarkən Feriye Saraylarının bir hissəsi liseyin qızlar bölümü kimi istifadə olunurdu. Ortaköy Məscidinin yaxınlığındakı binaların başqa bir hissəsi isə baxımsızlıq üzündən uzun illər boş qalıb.[3] Bu gün Kabataş Oğlan Liseyi 1928-ci ildən istifadə etdiyi binalarda təhsilini davam etdirir. Qalatasaray Liseyinin qızlar bölməsi kimi istifadə edilən binalar 1992-ci ildən Qalatasaray Universitetinin ilk hissəsi kimi istifadə olunur. Ali Dənizçilik Məktəbi 1981-ci ildə Tuzlaya köçüb İstanbul Texniki Universitetinin Dənizçilik Fakültəsinə çevrildikdən sonra Ziya Kalkavan Peşə və Texniki Anadolu Liseyi 1982-ci ildə boşaldılan binalarda xidmət göstərməyə başladı. Daha sonra 2019-cu ildə Təhsil Nazirliyi ilə İstanbul Texniki Universiteti arasında imzalanan protokolla bu bina İstanbul Texniki Universiteti Peşə və Texniki Anadolu Liseyinə verildi və lisey burada xidmət göstərməyə başladı. Uzun illər baxımsız vəziyyətdə boş qalan sarayların başqa bir hissəsi 1995-ci ildə Kabataş Təhsil Vəqfi tərəfindən bərpa edilərək Feriye Restoranı olaraq xidmətə açılmışdır.[4] 22 yanvar 2013-cü ildə baş vermiş yanğın nəticəsində binanın dam örtüyü uçaraq yararsız hala düşüb. Bir çox tarixi əsər və kitabları məhv edən yanğından sonra 16 yanvar 2016-cı ildə təsdiq edilən bərpa layihəsinin 22 may 2019-cu ildə başa çatdığı elan edildi.[5] 2017-ci ildə Kabataş Oğlan Liseyinin yataqxana binasının zəlzələyə davamlı olmadığı üçün sökülməsinə qərar verilib. İstanbul Valiliyi binanın tarixi quruluşuna heç bir ziyan dəymədiyini və sonradan tikilən hissələrin söküləcəyini bildirsə də, mütəxəssislər tikinti texnikasının binanın tarixi fakturasını zədələdiyini bildiriblər. Belə ki, sarayın daha bir binasına ziyan dəyib. Bu gün binanın yenidən qurulması davam etdirilir.[6][7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.